19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

Voleybolçularımız çempion oldular

IV İslam Həmrəyliyi Oyunlarında qadın voleybolçuların yarışına yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, yarışın finalında Türkiyə yığmasına qalib gələn Azərbaycan milli komandası İslamiadanın çempionu olub.

Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmanın birinci seti voleybolçularımızın aşkar üstünlüyü ilə yekunlaşıb - 25:12. Lakin ikinci setdə daha inamlı oynayan türkiyəli voleybolçular 25:23 hesabı ilə qalib gəliblər. Üçüncü setdə təşəbbüsü ələ alan yığma komandamız seti öz xeyrinə başa vurub - 25:20. Voleybolçu qızlarımız dördüncü setdə də gözəl oyun nümayiş etdirərək 25:21 hesabı ilə qələbə qazanıblar.

Beləliklə, Azərbaycanın qadın voleybolçuları İslamiadanın qızıl medallarına sahib olublar. Türkiyə millisi ikinci, Qırğızıstan yığması isə üçüncü yeri tutub.

Üçüncü yer uğrunda görüşdə Tacikistan və Qırğızıstan yığmaları üz-üzə gəliblər. Matçda 3:0 hesabı ilə qalib gələn Qırğızıstan millisi İslamiadanın bürünc medallarına sahib olub. Qırğızıstanlı voleybolçular hər üç setdə böyük fərqlə qələbə qazanıblar - 25:10, 25:12, 25:16.

Yarış başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30