20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Digər idman növləri

Atletika: III günfə idmançılarımız iki medal qazanıblar

IV İslam Həmrəyliyi Oyunlarının atletika yarışlarının üçüncü günündə - mayın 18-də Azərbaycan idmançıları iki medal qazanıblar.

Futbolxeber.az saytının “Azərtac”a istinadən verdiyi məlumata görə, kişi paralimpiyaçılar arasında T11 kateqoriyasında 100 metr məsafəyə qaçış yarışlarında Azərbaycanın iki atleti fərqlənib. Məsafəni 11,60 saniyəyə qət edən paraatletimiz Nurlan İbrahimov bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Gümüş medalı da Azərbaycan təmsilçisi Elçin Muradov qazanıb. O, məsafəni 11,64 saniyəyə qət edib.

Yarışda 11,66 saniyə nəticə göstərən iranlı Araş Xosravi isə bürünc medalla kifayətlənib.

Azərbaycan idmançıları İslamiadanın atletika və paraatletika yarışlarında üç gün ərzində 13 medal qazanıblar. Atletlərimiz yarışın birinci günündə - mayın 16-da 5 (4 qızıl və 1 bürünc), ötən gün isə 6 (3 qızıl, 2 gümüş və 1 bürünc) medala sahib olublar.

İslamiadanın atletika yarışlarına mayın 20-də yekun vurulacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30