23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Digər idman növləri

“Bakı-2017”: Üç güləşçimiz finalda

İslamiadanın yunan-Roma güləşi yarışlarında mübarizəyə qoşulan Azərbaycanın dörd idmançısından üçü finala vəsiqə qazanıb.

Futbolxeber.az saytının məlumatına görə, İslam Abbasov (85 kq) yarımfinal mərhələsində Qırğızıstan güləşçisi Azat Beişebekov ilə qarşılaşıb. Görüşdə 3:1 hesabı ilə qələbə qazanan İslam Abbasov finala yüksəlib.

Yarımfinalda Özbəkistan idmançısı Mirzobek Raxmatovu məğlub edən Kamran Məmmədov (66 kq) da adını finala yazdırıb.

75 kiloqram çəki dərəcəsində çıxış edən Elvin Mürsəliyev yarımfinalda Qırğızıstan güləşçisi Kayratbek Tuqolbayevə 3:2 hesabı ilə qalib gələrək qızıl medallar uğrunda mübarizədə iştirak etmək hüququ qazanıb.

Daha bir güləşçimiz Sabah Şəriəti (130 kq) yarımfinalda Özbəkistan təmsilçisinə məğlub olaraq bürünc medal uğrunda xalça üzərinə çıxacaq.

Xatırladaq ki, yarışın ilk günündə yunan-Roma güləşçilərimiz 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurublar. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30