10 Dekabr 2019, Çərşənbə axşamı
“Neftçi” yeni sponsorla anlaşdı
Rüfət Dadaşovdan növbəti qol
Rusiya ilə bağlı şok qadağa
“Onların cəzasını verəcəyik"

Digər idman növləri

Azərbaycan İslamiadanın finalında 6 boksçu ilə mübarizə aparacaq

IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən boks yarışlarında 1/2 final mərhələsi başa çatıb.

Futbolxeber.az saytının məlumatına görə, yarımfinalda rinqə sonuncu çıxan yığmamızın üzvü Məhəmmədrəsul Məcidov da adını həlledici döyüşə yazdırıb.

+91 kq çəki dərəcəsində mübarizə aparan ikiqat dünya çempionumuz bu dəfə Hüsseyn İaşaişi (İordaniya) məğlub edib. Məcidov 4:0 hesabı ilə qalib gəlib. O, finalda Manaf Asaadla (Suriya) qarşılaşacaq.

Qeyd edək ki, sabah keçiriləcək həlledici qarşılaşmalarda Azərbaycan 6 boksçu ilə mübarizə aparacaq. Məcidovla yanaşı, Cavid Çələbiyev (60 kq), Tamerlan Abdullayev (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov (81 kq) və Teymur Məmmədov (91 kq) çempion titulu uğrunda yarışacaq. Komandamızın heyətində Tayfur Əliyev (56 kq) isə çıxışını bürünc medalla başa vurub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2019
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31