20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Digər idman növləri

İslamiada: Yarımfinala yüksələn boksçularımızın sayı 7-ə çatdı

IV İslam Həmrəyliyi Oyunlarında boks yarışlarında 1/4 final mərhələsi başa çatıb.

Futbolxeber.az saytının məlumatına görə, bu mərhələ Azərbaycan millisinin üzvü Kamran Şahsuvarlı üçün də uğurlu alınıb.

75 kq çəki dərəcəsində çıxış edən Olimpiya mükafatçımız yarımfinala gedən yolda türkiyəli İhsan Ərdoğanla üz-üzə gəlib. Şahsuvarlı görüşü çətinlik çəkmədən qazanıb. O, rəqibini 5:0 hesabı ilə məğlub edib.

Təmsilçimiz sabah baş tutacaq yarımfinalda Yuness Qarrumi (Mərakeş) ilə döyüşəcək.

Bununla da, 1/2 finala vəsiqə qazanan Azərbaycan boksçularının sayı 7-yə çatıb. Şahsuvarlıya qədər Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Tamerlan Abdullayev (69 kq), Rauf Rəhimov (81 kq), Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) 1/4 final səddini uğurla aşıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30