28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Zaretska “Bakı-2017”nin qalibi oldu

 “Bakı-2017”də karatenin kumite yarışlarında 68 kiloqramadək çəki dərəcəsində qadınların mübarizəsində Azərbaycan idmançısı İrina Zaretska qızıl medala yiyələnib.

Futbolxeber.az saytının “Azərtac”a istinadən verdiyi məlumata görə, təmsilçimiz finalda türkiyəli Edə Eltemuru 3:0 hesabı ilə məğlub edib. Beləliklə də, Azərbaycan karateçilərinin “Bakı-2017”dəki qızıl medallarının sayı dördə çatıb.

Yarışa dörddəbir final mərhələsindən qoşulan İ.Zaretska rəqibi Misir təmsilçisi Nada Muhammedə 4:3 hesabı ilə qalib gəlib. Təmsilçimiz yarımfinalda iranlı Behnoş Najafiqhaqhelestani üzərində 3:0 hesabı ilə inamlı qələbə qazanıb.

Bu növdə bürünc medallara isə Misir təmsilçisi Nada Muhammed və iordaniyalı Hala Traish sahib çıxıblar.

İrina Zaretska 2015-ci ildə Bakıda keçirilən ilk Avropa Oyunlarında qızıl medal qazanıb. O, I Avropa Oyunlarında qazandığı yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə "Şöhrət" ordeninə layiq görülüb. İ.Zaretska, həmçinin gənclər arasında sonuncu dünya çempionatının gümüş medalçısı, böyüklər arasında komanda yarışlarının Avropa çempionu olub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31