19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Digər idman növləri

Azərbaycan millisi su polosunda ilk qələbəyə sevinib

Mayın 14-də “Bakı-2017”nin su polosu yarışlarının ikinci günündə iki qarşılaşma oynanılıb.

Ftbolxeber.az saytının məlumatına görə, günün birinci oyununda Səudiyyə Ərəbistanı ilə İran komandaları üz-üzə gəliblər. Oyunun əvvəlindən təşəbbüsü ələ alan iranlı idmançılar görüşü qələbə ilə başa vurublar - 11:6. Bununla da İran millisi İslamiadada ikinci qələbəsini qazanıb. Səudiyyə Ərəbistanı isə yarışda keçirdiyi ilk oyunda məğlubiyyətlə üzləşib.

Günün ikinci qarşılaşması Azərbaycan və İndoneziya komandaları arasında keçirilib. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Azərbaycan komandası gözəl oyun nümayış etdirərək 9:7 hesabı ilə qalib gəlib.

Mayın 15-də Səudiyyə Ərəbistanı-İndoneziya və Azərbaycan-Türkiyə görüşləri keçiriləcək.

Mayın 17-dək davam edəcək yarışlarda kişilərdən ibarət beş komanda - Azərbaycan, Türkiyə, İran, Səudiyyə Ərəbistanı və İndoneziya milliləri mübarizə aparırlar.

Mənbə: “Azərtac”




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30