18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

Çempionumuz: “Bəziləri mənim bu yarışda iştirakımı istəmirdi”

“Finaldakı rəqibimlə daha əvvəl 4 dəfə qarşılaşmışdıq. Axırıncı dəfə mən qalib gəlmişdim. Ona görə bu dəfəki görüşümüz çox prinsipial əhəmiyyət daşıyırdı”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan cüdoçumuz Məmmədəli Mehdiyev deyib.

Mehdiyev bildirib ki, qalib olmasına baxmayaraq, tam gücünü ortaya qoya bilməyib: “Vətəndə çıxış etdiyim üçün məsuliyyət çox böyük idi. Bütün Azərbaycan baxırdı. Bəlkə də bir qədər həyəcandan tam gücümü ortaya qoya bilmədim. Bütün görüşlərim çətin keçdi. Finalda isə məsuliyyət ikiqat idi”.

Bir müddət əvvəl son Avropa çempionatında komanda yarışında Məmmədəli Mehdiyevin mexaniki səhvindən sonra cəzalanan millimiz bürünc medaldan məhrum olmuşdu. “Bu qələbə ilə günahını yudunmu” sualını cüdoçu belə cavablandırıb: “Bəziləri mənim bu yarışda iştirakımı istəmirdi. Amma məşqçilər sağ olsunlar, mənə şans verdilər. Həmin insanlara sübut etdim ki, mən güclüyəm. Allah onların canını sağ eləsin”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30