19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

İslamiadanın ilk günü: Azərbaycan medal sıralamasında 1-ci, Türkiyə 2-cidir

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının ilk günü Azərbaycan millisi üçün uğurla alınıb.

Futbolxeber.az saytının məlumatına görə, idmançılarımız ilk günü 22 medal - 10 qızıl, 9 gümüş və 3 bürünclə başa vurublar.

Ruslan Lunyov (atıcılıq, tapança, 25 m), Orxan Səfərov (cüdo, 60 kq), Nicat Şıxəlizadə (cüdo, 66 kq), Hidayət Heydərov (cüdo, 73 kq), Erdenebat Bazarraqça (cüdo, 48 kq), Fəridə Abıyeva (karate, 61 kq), Rafael Ağayev (karate, 75 kq), bədii gimnastika yığması (Marina Durunda, Jalə Piriyeva, Zöhrə Ağamirova), Afaq Sultanova (paracüdo, 57 kq) və Ramilə Kaştayeva (paracüdo, 70 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Şəfəq Əmrahova (atıcılıq, səngər stendi), İlahə Qasımova (karate, 55 kq), Aişə Qurbanlı (cüdo, 48 kq), Nəzakət Əzizova (cüdo, 52 kq), Kifayət Qasımova (cüdo, 57 kq), Rüstəm Orucov (cüdo, 73 kq), Xanim Hüseynova (cüdo, 63 kq), Sevda Vəliyeva (paracüdo, 57 kq) və Turanə Əliyeva (paracüdo, 70 kq) İslamiadanın ikincisi olublar.

Səbinə Əzimova (ağır atletika, 53 kq), Nuranə Əliyeva (karate, 50 kq) və Firdovsi Fərzəliyev (karate, 60 kq) isə ölkəmizin hesabına bürünc qazandırıb.

Qeyd edək ki, ilk gündə medalların əyarında Azərbaycan turnirdə ölkələr arasında 1-ci pillədə qərarlaşıb.

İkinci yeri Türkiyə tutur. Qardaş ölkənin idmançıları ilk günü 10 qızıl, 7 gümüş və 10 bürünc medalla başa vurublar. Üçüncü olan İndoneziyanın hesabında isə 2 qızıl, 6 gümüş və 5 bürünc medal var.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30