29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Digər idman növləri

Fariz Məmmədov: "Qələbəni Mübarizə həsr edirəm"

 

Xəbər verdiyimiz kimi, Azərbaycanı və “Qəbələ” boks klubunu peşəkar arenada təmsil edən Fariz Məmmədov 2013-cü ildə keçirdiyi ilk döyüşdə qələbə qazanıb. Futbolxeber.az xəbər verir ki, döyüşdən sonra gabalafc.az-a açıqlamasında Fariz Məmmədov döyüşün ağır keçdiyini, lakin söz verdiyi kimi, rəqibinə qalib gəldiyini bildirib: "Döyüşə yaxşı hazırlaşmışdım. Artıq iki ay idi ki, yalnız bu görüş barədə düşünürdüm və gərgin məşqlər keçirdim. Rəqibim də çox güclü və təcrübəli döyüşçü idi. Əslində bir həftə öncəyə kimi fərqli rəqiblə görüşəcəyimi düşünürdüm. Peşəkar boksda belə gedişlər hər zaman olur. Dediyim kimi polşalı boksçu peşəkar arenada tanınır. O indiyə kimi 45 peşəkar döyüş keçirmişdi. Mən layiqli rəqiblərlə döyüşməyi, risk etməyi sevirəm. Həmd olsun ki, döyüşdən üzüağ çıxmağı bacardım".
 
Fariz Məmmədov bu qələbəni bu yaxınlarda dünyasını vaxtsız dəyişmiş dostu, "Qəbələ" Futbol Klubunun sabiq əməkdaşı Mübariz Nəcəfova həsr etdiyini söyləyib: "Bu döyüşə Mübarizlə birlikdə gəlməyi planlaşdırmışdıq. Dostumun vaxtsız vəfatı bu planımızın reallaşmasına imkan vermədi. Qələbəni Mübarizə həsr edirəm. Ruhu şad olsun".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31