23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Digər idman növləri

Azərbaycan çempionları müəyyənləşib

Azərbaycan Velosiped İdmanı Federasiyası və Azərbaycan Respublikası Gənclər və İdman nazirliyinin birgə təşkilatçılığı ilə Xızıda velosiped idmanının şosse növü üzrə Azərbaycan çempionatı keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, yarışda Elit kateqoriyası üzrə yeni ölkə çempionları müəyyənləşib.

Gözlənildiyi kimi, medalları ölkəmizin "Synergy Baku" kontinental komandasının heyətində çıxış edən velosipedçilər qazanıb. 30 km məsafəyə fərdi ötüşmədə Elit yığma komandamzın üzvü, apreldə təşkil olunmuş Mərakeş Turunun 7-ci mərhələsinin qalibi Elçin Əsədov 40 dəqiqə, 50 saniyə göstərici ilə ardıcıl 5-ci dəfə Azərbaycan çempionu olub. U-23 yığmamızın üzvləri Elgün Əlizadə və Samir Cəbrayılov qalibdən müvafiq olaraq 2 dəqiqə, 15 saniyə və 2 dəqiqə, 39 saniyə geri qalmaqla 2-3-cü yerləri tutublar.

112 km məsafəyə qrup ötüşməsində isə Elit yığma komandamızın velosipedçisi, “Tour d’Azerbaidjan-2017” veloturunun lider və ən yaxşı dağ velosipedçisi köynəyini qazanmış Kiril Pozdnyakov ən yüksək nəticə göstərib - 3 saat, 2 dəqiqə, 35 saniyə. Fərdi ötüşmədə 2-ci olan Elgün Əlizadə bu növdə də gümüş qazanıb - 3 saat, 4 dəqiqə, 29 saniyə. 2-ci yerin sahibinə cəmi 1 saniyə uduzan U-23 yığmamızın digər üzvü Musa Mikayılzadə isə 3-cülüklə kifayətlənib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30