29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Millimizin baş məşqçisi: “Türkiyəni sürətdə üstələdik”

"Qələbə çətin alındı. Oyundan əvvəl də demişdim ki, Türkiyəyə qarşı bizi gərgin mübarizə gözləyir. Belə də oldu. Qarşılaşmanın gedişində bəzən yaxşı, bəzən də zəif oynadıq. Əsas odur ki, qızlar özlərində güc taparaq qələbə qazandılar. Fiziki cəhətdən rəqibdən üstün idik. Türkiyə bizə surətdə uduzdu”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri IV İslam Həmrəyliyi Oyunlarında yarımfinala yüksələn qadınlardan ibarət həndbol millimizin baş məşqçisi Georgi Voronov Türkiyəni 27:22 hesabı ilə məğlub etdikləri görüşdən sonra deyib.

Voronov İslamiadaya 3 aya yaxın müddətdə hazırlaşdıqlarını bildirib: “Turnirə ciddi hazırlaşmışıq. Üç ay hazırlıq keçmişik, eləcə də Rusiyada turnirdə iştirak etmişik. İlk əvvəl heyətdə 18 həndbolçu yer alırdı. Onların arasında seçim etdik. Daha sonra Tankatskaya, eləcə də 2 yeni oyunçu komandaya qoşuldu”.

Ukraynalı mütəxəssis yarımfinal görüşündən də danışıb: “Yarımfinalda Kamerun deyil, Özbəkistanla qarşılaşacağıq. Bu da ürəyimizcədir. Finala yüksələcəyimizə inam böyükdür. Həlledici qarşılaşmada rəqibimizin kim olacağını demək çətindir. Kamerun fiziki, Türkiyə isə texniki cəhətdən güclüdür”.

Söhbətləşdi: FƏRƏC

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31