18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

İslamiada: Cüdoçularımız mübarizəyə qoşulur

IV İslam Həmrəyliyi Oyunlarında bu gün cüdo və paracüdo yarışlarına start veriləcək.

Futbolxeber.az saytının məlumatına görə, ilk yarış günündə 9 çəki dərəcəsində medalçılar məlum olacaq.

Kişilərin mübarizəsində 60, 66 və 73 kq, qadınlarda 48, 52, 57 və 60 kq, paracüdoda isə qadınlar 57 və 70 kq çəki dərəcəsində qaliblər müəyyənləşdirəcəklər.

Kişilər

60 kq

Bu çəki Orxan Səfərov ilk mərhələdən azaddır. Cüdoçumuz 1/4 finalda Ali Xosrof (Yəmən)/Moktar Alassane (Nigeriya) cütünün qalibi ilə qarşılaşacaq.

66 kq

Nicat Şıxəlizadə də mübarizəyə 1/4 finalda start verəcək. O, Eisa Macraşi (Səudiyyə Ərəbistanı)/Muhammed Mohsen (Fələstin) cütünün güclüsü ilə üz-üzə gələcək.

73 kq

Bu çəkidə iki idmançımız tatami üzərinə çıxacaq. Avropa çempionu Hidayət Heydərov 1/8 finalda toqolu Frederik Adebayo Olimpionu sınağa çəkəcək.

Rüstəm Orucov isə bu mərhələdə Uzeir Mohd Fikri (Malaziya)/Behrusi Xocazadə (Tacikistan) cütünün qalibi ilə görüşəcək.

Qadınlar

48 kq

Bu çəki dərəcəsində iki idmançımız mübarizə aparacaq. Aişə Qurbanlı yarımfinalda iordaniyalı Ayah Kitane ilə qüvvəsini sınayacaq.

Digər təmsilçimiz Erdenebat Bazarraqça isə qazaxıstanlı Səltənət Sultanbekova və mərakeşli Vafai Şofre İdrissi ilə birlikdə dairəvi sistemlə ikinci finalçının adına aydınlıq gətirəcəklər.

52 kq

Nəzakət Əzizova yarışa 1/4 finalla start verəcək. O, ilk olaraq qabonlu Ester Korine Evala Bondime ilə mübarizə aparacaq.

57 kq

Bu çəkidə də iki cüdoçumuz mübarizə aparacaq. Munxtsedev İçinxorlu 1/8 finalda iordaniyalı Hadel Elalmi ilə görüşəcək. Təmsilçimiz qalib gələcəyi halda yarımfinal uğrunda Ratiba Tariket ilə güləşəcək.

Kifayət Qasımova da ilk olaraq 1/8 finaldan başlayacaq. Cüdoçumuz mərakeşli Yusra El Buhariyə qalib gəlməyo bacarsa, qığızıstanlı Kseniya Beldiagina ilə qarşılaşacaq.

63 kq

Xanım Hüseynova yarışa 1/4 finalla start verəcək. Onun ilk rəqibi ilə türkmənistanlı Ayna Cumaquliyeva olacaq.

Xatırladaq ki, cüdo yarışları Heydər Əliyev adına Bakı İdman Sarayında keçiriləcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30