28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Fariz Məmmədov: “Bütün boksçularımızdan medal gözləyirəm” (MÜSAHİBƏ)

Azərbaycan Boks Federasiyasının rəsmisi, peşəkarlar arasında Dünya və Avropa çempionu Fariz Məmmədov Futbolxeber.az saytına müsahibə verib.

- Dünən IV İslam Həmrəyliyi Oyunlarında boks yarışlarının püşkü atıldı. Püşkü necə dəyərləndirərdiz?

- Püşkü normal dəyərləndirirəm. Amma böyük mənada bu, ciddi əhəmiyyət kəsb etmir. Çünki püşkün nəticəsindən asılı olmayaraq, boksçularımızdan uğurlu nəticə gözləyirik.

- Boksçularımızın hansısa çəkinəcəyi rəqib var?

- Xeyr, belə rəqib yoxdur. Biz heç kimdən çəkinmirik, əksinə bizim boksçulardan çəkinirlər. Bütün rəqiblərə hörmətlə yanaşırıq.

- Boksçularımızın hazırlığında siz də iştirak etmisiz. Komandada ümumi vəziyyət necədir?

- Bəli, əvvəldən sona kimi hazırlıqda iştirak etdim. Hazırlıq prosesi çox yaxşı keçdi. Boksçularımız yaxşı formadadırlar. Düşünürəm ki, Avropa Oyunlarında verdiyimiz nəticəni bu dəfə də təkrarlayacağıq.

- Hansı idmançılardan medal gözləyirsiniz?

- Hər birindən.

- Mütəxəssis kimi hər bir boksçudan medal gözləməyiniz anlaşılandır. Amma yəqin ki, daha çox ümid etdiyiniz hansısa boksçu var.

- Bu yarışda sürpriz gözləyirəm. Elə boksçu var ki, heç kim İslam Oyunlarında ondan medal gözləmir. Amma mən inanıram ki, o, sürpriz nəticəyə imza atmaqla hər kəsi təəccübləndirəcək.

- Rio Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Lorenze Sotomayorun İslamiadadan kənarda qalmasına səbəb nədir?

- Onu qorumağa üstünlük verdik. Çünki qarşıda Avropa çempionatı var. Həmin yarış isə dünya çempionatına lisenziya verir. Bu səbəbdən də məşqçilər korpusu onun istirahət etməsi barədə qərar qəbul etdi.

- Əsas medal ümidlərimizdən Məhəmmədrəsul Məcidov İslam Oyunlarına qələbə ilə başladı. Yəqin ki, onun Nurlan Saparbayla görüşdə çətinlik çəkməyəcəyini düşünürdünüz.

- Əlbəttə. O, yığmamızın kapitanı, 2 qat dünya və Avropa çempionudu. Son olimpiya oyunlarında bəxtsizliklə üzləşdi. Gözünün içinə zərbə dəyməsəydi, bəlkə də sonda çempion olacaqdı. Çünki uduzduğu rəqibi daha əvvəl məğlub etmişdi. Özü də onun vətənində.

Söhbətləşdi: FƏRƏC

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31