20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

“Bakı-2017”: Voleybolçularımızdan qələbə

“Baku Crystal Hall”da IV İslam Həmrəyliyi oyunlarnda kişilərin yarışında 10 komanda 2 qrupda, qadınların yarışında isə 4 komanda dairəvi sistem üzrə birincilik uğrunda mübarizə aparır.

Futbolxeber.az saytının məlumatına görə, Qadınların yarışında Azərbaycan millisi ilk görüşdə Qırğızıstan yığması ilə qarşılaşıb. Voleybolçularımızın üstünlüyü şəraitində keçən görüşdə millimiz 3:0 (25:7, 25:3 və 25:8) hesabı ilə qələbə qazanıb.

Türkiyə millisi isə Tacikistan voleybolçularını sınağa çəkib. Hər üç setdə möhtəşəm oyun nümayiş etdirən türkiyəli voleybolçular IV İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başlayıblar – 3:0 (25:8, 25:6 və 25:7).

Kişi voleybolçuların “A” qrupunda ilk görüş Türkiyə və Türkmənistan komandaları arasında oynanılıb. Bu dəfə də görüş türkiyəli voleybolçuların 3:0 hesablı qələbəsi ilə başa çatıb (25:16, 25:14 və 25:22).

Günün sonuncu oyununda isə Azərbaycan millisi Pakistan yığması ilə üz-üzə gəlib. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə millimiz rəqibini 3:0 (25:22, 25:18 və 25:21) hesabı ilə məğlub edib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30