19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

Gimnastımız İslam Oyunlarının tarixinə düşmək istəyir

Avropa çempionatının gümüş mükafatçısı Jalə Piriyeva hesab edir ki, İslam Həmrəyliyi Oyunlarında Azərbaycan bədii gimnastlarının idmanın bu növündə birinci yerə çıxmaq üçün yaxşı şansları var.

Futbolxeber.az saytının “Azərtac”a istinadən verdiyi məlumata görə, bu il ilk dəfə olaraq İslam Həmrəyliyi Oyunları çərçivəsində bədii gimnastika yarışları keçiriləcək.

“Tarixə düşmək istəyirik. Həm komanda, həm də finalda ayrı-ayrı əşyalarla birinci yerə çıxmaq üçün yaxşı şanslarımız var”, - deyə Jalə Piriyeva bildirib.

O qeyd edib ki, İslam Həmrəyliyi Oyunlarında bu ilin aprelində Bakıda keçirilmiş Dünya Kuboku yarışındakı proqramı təqdim edəcək. Yarışlarda daha yaxşı çıxış edəcəyinə əmin olan J.Piriyevanın sözlərinə görə, hazırda Azərbaycan gimnastları var qüvvə ilə İslam Həmrəyliyi Oyunlarına hazırlaşırlar və hər gün 8-9 saat məşq edirlər. O, həmçinin qeyd edib ki, bu yarışlarda Özbəkistan komandasını güclü rəqib hesab edir.

Açılış mərasimi mayın 12-də keçiriləcək IV İslam Həmrəyliyi Oyunları Bakıda mayın 22-dək davam edəcək. Bu müddətdə 16 idman obyektində idmanın 20, o cümlədən 17 olimpiya və 3 qeyri-olimpiya növü üzrə yarışlar keçiriləcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30