18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

Karateçilərimiz Avropa çempionatını 2 bürünc medalla başa vurdu

Şahin Atamov (+84 kq) və Roman Heydərovun (kata) qazandığı bürünc medallarla azərbaycan karateçiləri Avropa çempionatını başa vurublar. Futbolxeber.az-ın məlumatına görə, onların final şansı olsa da, müəyyən səbəblərdən fəxri kürsünün daha yüksək pillələrində yer ala bilməyiblər. 
 
Federasiyanın przidenti, WKF-in Texniki komitəsinin, eləcə də EKF-in İcraiyyə komitəsinin üzvü Yaşar Bəşirov mükafatlandırma mərasimində iştiak edib.
 
Rəsmi yarışlarda ilk dəfə çıxış edən kata üzrə milli komandamız isə bürünc medal uğrunda həlledici görüşdə təcrübəsizlik üzündən məğlub olub.
 
Kişilərdən ibarət əsas heyət Bakıda 4-cü İslam Həmrəyliyi Oyunlarına hazırlaşdığından Türkiyənin Kocali şəhərində 52-ci qitə çempionatında ikinci heyətin üzvləri iştirak edib.
 
Çempionatın tatami menecerinin köməkçilərindən biri kimi məsul işi aparan beynəlxalq hakim Cahangir Babayevə həmçinin final görüşlərini idarə etmək həvalə olunub. Onunla bir yerdə digər beynəlxalq hakim Yusif Məmmədov, Avropa Karate Federasiyasında hakimlik fəaliyyətinin 10 ili tamam olması münasbətilə xüsusi bürünc döş nişanına layiq görülüblər.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30