26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

Mingəçevirdə cüdo mərkəzi fəaliyyətə başladı (FOTO)

Azərbaycan Cüdo Federasiyasının Mingəçevir Təlim-Məşq Mərkəzinin açılışı olub. Futbolxeber.az-ın məlumatına görə, açılış mərasimində federasiya rəsmiləri, şəhər icra hakimiyyətinin məsul işçiləri, olimpiya çempionu Nazim Hüseynov, tanınmış cüdo mütəxəssisləri iştirak ediblər. 
 
Nitq söyləyənlər ölkəmizdə dövlət səviyyəsində idmana göstərilən qayğını xüsusi vurğulayaraq, cüdoçularımızın son vaxtlar beynəlxalq yarışlardakı parlaq qələbələrindən söhbət açıblar. Mingəçevir şəhərinin tanınmış idman mütəxəssisləri, məşqçilər göstərilən diqqət və dəstəyə görə Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinə təşəkkürlərini bildiriblər. Yeniyetmə cüdoçulara kimanolar təqdim olunub, onlara gələcək yarışlarda uğurlar arzulanıb.
 
Sonra cüdo zalı yeniyetmələrin istifadəsinə verilib. Bu zalda Mingəçevir şəhəri və ətraf rayonlardan olan kiçik yaşlı yeniyetmələr cüdo idman növünün sirlərinə yiyələnəcəklər.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30