19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

V Zirvə Oyunları: Ağır atletika üzrə yarışların qalibləri müəyyənləşib

AAAF PARK Yaşayış Kompleksinin zalında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə yeniyetmələr arasında V Zirvə Oyunları təşkil edilib. Futbolxeber.az-ın məlumatına görə, “Zirvə” beynəlxalq idman klubunun nəzdində müxtəlif idman növləri ilə məşğul olan idmançıların iştirak etdikləri bu yarış artıq ənənə halını alıb.
 
Builki yarışda 3 idman növü – ağır atletika, cüdo və bədii gimnastika üzrə medal mübarizəsi olub. Yarışlarda respublikanın şəhər, rayon, qəsəbə və kəndlərində “Zirvə”nin klub və bölmələrinin həkim müayinəsindən keçmiş idmançıları iştirak ediblər.
 
Ağır atletika üzrə yarışlar 2005-2007-ci il təvəllüdlü oğlanlar və qızlar arasında hər yaş qrupu üzrə Sinkleyr cədvəli əsasında keçirilib. Yarışda birdənqaldırma və təkanlaqaldırma hərəkətlərində dərəcə tələbləri tətbiq olunub. Qızların yarışında Selcan Qarayeva ümumilikdə 94 kiloqram (40+54) nəticə və 174.09 xal ilə qızıl medala sahib çıxıb.
 
2007-ci il təvəllüdü oğlanların yarışında 61 kiloqram (28+33) nəticə və 194.18 xalla Turan Əliyev, 2006-cı il təvəllüdlü oğlanlarda 83 kiloqram (37+46) nəticə və 219.88 xalla Ravin Alməmmədov, 2005-ci il təvəllüdlü oğlanlarda isə 113 kiloqram (49+64) nəticə və 234.79 xalla Emin Əkbərov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
 
Qeyd edək ki, oyunlara bu gün yekun vurulacaq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30