18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Digər idman növləri

Eddi İsrafilovun başı dərddə: Porno qalmaqalına görə...

Futbol üzrə Azərbaycan yığmasının milliləşdirilmiş üzvü Eddi İsrafilovun başı dərddədir. Futbolxeber.az-ın məlumatına görə, “Kadis” (İspaniya) klubunun yarımmüdafiəçisi porno videonu internetə yaymaqda ittiham olunur. 
 
O, sabiq klubu “Eybar”dakı komanda yoldaşları Serji Enrix və Antonio Lunanın 17 yaşlı qızla olan porno video və şəkillərini yayıb.
 
Bu hadisənin üstü ötən ilin oktyabr ayında açılmışdı. Hər iki futbolçu azarkeşlərdən, klubdan və qızdan üzr istəmişdilər. Həmin qız videonun yayıldığına görə hər iki futbolçunu məhkəməyə vermişdi və 20 min avro təzminat almışdı. Serji Enrix açıqlamasında belə bildirmişdi: “Qızdan, komanda yoldaşlarımızdan və azarkeşlərdən üzr istəyirəm. Belə bir hadisənin baş verməsi yaxşı deyil. Bunu kim yayıb? Əlbəttə ki, Eddi İsrafilov. O, bizim videomuzu görmüşdü. Bu videonu İsrafilov yaydı, çünki onunla paylaşmışdıq. Bu, yalnız onun işidir”.
 
Araşdırmalar isə davam edirdi. Aprelin 11-də baş tutmuş məhkəmədə Eddi də iştirak edib. Lakin o etdiyi hərəkəti təkzib edib və videonu sosial şəbəkədə yaymadığını söyləyib. Növbəti məhkəmə prosesi iyunun 11-də keçiriləcək. İsrafilovun işinin üstü açılsa, ona cinayət işi açılacaq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30