20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

Sahib Ələkbərov: “Bu nəticəni gözləyirdim”

Bu gün “Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turunun beşinci - sonuncu mərhələsinə yekun vurulub. Futbolxeber.az-ın məlumatına görə, mükafatlandırmadan sonra keçirilən mətbuat konfransında Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov fikirlərini açıqlayıb:
 
“Sizinlə birlikdə qarşıya qoyulan vəzifələrin öhdəsindən gələ bildik. Həqiqətən də yaxşı bir yarış oldu. Baxmayaraq ki, “Tour d’Azerbaidjan” yarışında ilk dəfə idi ki, belə dəyişkən hava şəraiti ilə rastlaşdıq. Dolu, yağış oldu. Bu da yarışa əlavə rəng qatdı və mane olmadı. Ən başlıcası isə odur ki, komandalar ürəklə çıxış etdilər. Gördüyünüz kimi, qaliblərin də sırası kifayət qədər geniş idi. Bunlar hamısı yaxşı hallardı. Həm yarışın texniki direktoru Roland Xofer, həm də Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikova təşəkkür edirəm. Çünki onların bu yarıçın belə səviyyədə keçirilməsində xüsusi əhəmiyyəti var. Ağsu mərhələsi yeni idi. Bilirdik, yaxşı alınacaq, amma şübhələr də vardı. Əksəriyyəti bu yolları böyük həvəslə qalxdılar. Bircə nəfər “Süpürgə” maşınının köməyindən istifadə etmişdi. Orada gözəl mənzərələrin olması yarışa əlavə rəng qatdı. Düşünürük ki, bunlar həm idmançıların, həm də tamaşaçıların xoşuna gəldi. Bununla da Azərbaycanımızı dünyaya tanıtmaq istiqamətində daha bir addım atmış olduq. Bünün üçün də hər birinizə təşəkkür edirəm”. 
 
O, “Tour d’Azerbaidjan”a daha bir mərhələnin artırılması ilə bağlı da danışıb: “Azərbaycan turu”na daha bir mərhələnin artırılması müzakirə olunur. İdmançılar Pirquludan qayıdandan sonra dincəlməyə getdi. Biz isə qonaqlarla Xızı dağlarına yollandıq. Həmin marşrut qonaqlarımızın çox xoşuna gəldi. Bu yollar yarış üçün çox əlverişlidi. Kəskin enişlər və yoxuşlar, sərt döngələr var. Gələn il çox maraqlı yarış baş tutacağını düşünürəm”. 
 
Ələkbərov komandamızdan belə nəticəni gözlədiyini deyib: “Bu nəticəni gözləyirdim. Komandamız gəncləşib və bu üzdən müəyyən çətinliklərlə üzləşmişik. Ancaq şadam ki, Pozdnyakov ümidlərimizi doğrultdu. Bu, hələ başlanğıcdı. Bu heyətlə daha böyük uğurlara imza atacağıq. Buna qədər iki dəfə komanda şəklində qalib gəlmişdik”. 
 
"Synergy Baku"nun ötən il komanda şəklində, bu dəfə isə fərdi şəkildə qalib olmasından da danışan federasiya rəsmisi hər iki uğurun da önəmli olduğunu vurğulayıb: “Mənim üçün hər bir uğur şirindi. 6 pro-kontinental komandanın iştirak etdiyi yarışda, təcrübəli rəqiblərlə mübarizədə Kirilin 1-ci yeri tutması böyük uğurdu. Kiril məsuliyyətini hiss edən idmançıdı. Ona böyük ümidlərim var. Ancaq velosiped idmanı yalnız fərdi mübarizədən ibarət deyil. O, bu uğura təkcə özü yox, komanda üzvlərinin yardımı nəticəsində nail olub”. 
 
Ələkbərov gələcək planlardan və dövlət dəstəyindən də söhbət açıb: “Başqa beynəlxalq yarışlar da keçirməliyik. Amma ilk növbədə idmançılarımızı yetişdirməli və bazamızı inkişaf etdirməliyik. Bunun üçün müəyyən maliyyə vəsaiti tələb olunur. Dövlət dəstəyi çox böyükdü. Belə dəstək olmasaydı, bu miqyasda yarış keçirə bilməzdik. Amma hər şeyi ölçüb-biçməliyik. Hədəflərimizi doğru müəyyənləşdirməliyik. İrəliyə doğru addım-addım gedirik. “Sinerji Bakı”nın heyətinə güclü legionerlər cəlb oluna bilər. Biz bütün variantlara baxırıq. Amma biz ilk növbədə özümüzküləri yetişdirməliyik. Artıq “Sinerji Bakı”nın 6 velosipedçisindən 5-i Azərbaycan vətəndaşıdı. 2015-ci ilin mayında prezident Veloparka gələndə heyətdə azərbaycanlı idmançı olub-olmadığını soruşdu. Mən də 16 idmançıdan 12-sinin yerli velosipedçi olduğunu dedim. Ölkə başçısı buna çox sevindi. Gənc velosipedçilərimiz yetişməkdədi. Bu yaxınlarda yeniyetmələr Polşadan yarışdan qayıdıb. İlk dəfə bu turnirdə iştirak etmələrinə baxmayaraq çox yaxşı çıxış ediblər”. 
 
O, yeni velosiped zavodu ilə bağlı da məlumat verib: “İsmayıllıdakı velosiped zavodu bu ildən fəaliyyətə başlayacaq. Avadanlıqlar iyunda ölkəmizə gətiriləcək. Həmin aydan yerli velosipedçilərin istehsalına başlanacaq. Bir neçə aya 28 adda 5000-dən artıq velosiped istehsal olunacaq. Velosipedlərin ümumi adı “İsma” olsa da, hər birinin fərqli adları da olacaq. Uşaqlar üçün nəzərdə tutulan velosiped “Ceyran” adlanacaq. “Qartal” adlı velosiped də istehsal edəcəyik. Hər şeyə kompleks yanaşmışıq. İstehsaldan əvvəl bazar mühiti ilə maraqlandım. Ötən il 77 min velosiped idxal olunub. Gənc qızlarımız martın 8-də velosipedlə yürüş keçirdi. Qadınlar arasında komanda da yaradılıb. BMX komandası da yaradılır. Gənc biznesmenlər bununla bağlı bizə müraciət edib. Əvvəl biz kiməsə müraciət edirdik, indi bizə müraciət edirlər. Bu, çox sevindirici haldı. 4 il əvvəldən velosiped yollarının salınması üçün müəyyən işlərə start verilib. Sumqayıtdan Novxanıya 8 km velosiped yolları çəkilib. Gəncə, Bərdə, Şəmkir və başqa bölgələrimizdə də velosiped yolları salınıb. Bakıda bu məsələ yetərincə mürəkkəbdi. Amma bu məsələ müzakirə olunub. Artıq Milli Parkda velosiped kirayəyə götürüb sürmək olar”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30