19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

Kiril Pozdnyakov: “İsmayıllı mərhələsindəki qələbəmin mənə çox köməyi oldu”

Bu gün “Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turuna yekun vurulub. Futbolxeber.az-ın məlumatına görə, beşinci, yəni sonuncu mərhələdə velosipedçilər Bakı-Abşeron-Bakı marşrutu üzrə hərəkət edərək 158 kilometr məsafə qət edərək Azadlıq meydanındakı finiş xəttinə çatıblar.
 
Ümumilikdə veloturun qalibi olan Azərbaycanın Elit yığması və "Synergy Baku" kontinental klubunun üzvü Kiril Pozdnyakov mükafatlandırmadan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
 
- Bu qələbənin mahiyyəti mənim üçün çox böyükdür. Azərbaycan mənim vətənimdir və burada qələbə qazanmaq da çox sevindiricidir. Qələbə də tək halda əldə olunmur, biz bunu komanda halında qazanırıq.
 
- İsmayıllıda uzun ara məsafəsi ilə qalib gəlmək bu uğurunuzda nə dərəcədə rol oynadı?
- Düz deyirsiniz, İsmayıllı mərhələsində böyük fərqlə qalib gəldim. Bu qələbənin sonda mənə çox köməyi oldu.
 
- 2013-cü ildə Çində keçirilən yarışda pis nəticə əldə etmişdin. Lakin bu gün “Tour d’Azerbaidjan-2017”nin qalib oldun. Bu qələbə növbəti çıxışına necə təsir edəcək?  
- Düzdü, Çində keçirilən yarışda bir o qədər də yaxşı çıxış etməmişdim. Çox çətin yarış idi. Amma bu dəfə çempion kimi yarışacam.
 
- Komanda və fərdi olaraq bundan sonrakı planın nədir?
- Yaxın gələcəkdə Sloveniyada, sonra isə Slovakiyada yarış olacaq. Çalışacağıq ki, orada da yaxşı nəticə qazanaq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30