20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

“Tour d’Azerbaidjan-2017”də 4-cü gün: Pozdnyakovdan 2 lider köynəyi

Ümummilli Lider Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş “Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turunun 4-cü yarış gününə yekun vurulub. Futbolxeber.az-ın məlumatına görə, 2.1 kateqoriyalı yarışın 164 km-lik bu mərhələsində iştirakçılar saat 09:30-da Qəbələ rayon İcra Hakimiyyətinin qarşısından start götürməklə İsmayıllı-Ağsu-Şamaxı marşrutu üzrə hərəkət ediblər və Pirquluda yerləşən Vergilər nazirliyinin Tədris Mərkəsinin qarşısında finiş xəttini keçiblər.
 
Əvvəlki illərdən fərqli olaraq marşruta Ağsu dolaylarının da əlavə edilməsi mübarizəyə əlavə rəng qatıb. Veloturun ən çətin dağ mərhələsinin qalibi isə ABŞ-ın "İlluminate" komandasının təmsilçisi Edvin Avila olub - 4 saat, 2 dəqiqə, 1 saniyə. Rusiyanın "Gazprom-Rusvelo" və İtaliyanın "Wilier Triestina" klublarının nümayəndələri İldar Arslanov və Aleks Turrin finişi qalibdən müvafiq olaraq 2 və 5 saniyə sonra keçməklə 2-3-cü yerləri tutublar.
 
3 mərhələdən sonra ümumi təsnifata başçılıq edən Elit yığmamızın üzvü Kiril Pozdnyakov bu dəfə 7-ci olmaqla liderliyi qoruyub və mavi rəngli "Synergy" köynəyini özündə saxlayıb. Hazırda velosipedçimiz ən yaxın izləyicisi, Avstriyanın "Amplatz-BMC" komandasının üzvü Herman Pernştayneri 46 saniyə qabaqlayır. Bundan başqa, təmsilçimiz dağ yollarındakı uğurlu çıxışı ilə ən yaxşı dağ velosipedçisinə verilən qırmızı rəngli AZAL köynəyinə də yiyələnib.
 
Aralıq sprintlərində hamıdan çox xal toplayan mərhələ qalibi Edvin Avila ən yaxşı sprinter üçün nəzərdə tutulan yaşıl rəngli "SOCAR" köynəyinə layiq görülüb. Fransanın "Delko Marseille Provance KTM" klubunun üzvü Con Anderson Rodriqes isə ən yaxşı gənc velosipedçi kimi bənövşəyi rəngli "ATAHOLDİNG" köynəyi ilə mükafatlandırılıb.
 
Velosipedçiləri Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov, Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikov və Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev təltif edib.
 
Mayın 7-də veloturun sonuncu mərhələsi keçiriləcək. Start və finiş nöqtəsi Azadlıq Meydanında olacaq bu mərhələdə iştirakçılar saat 10:30-da hərəkətə başlamaqla Bakı-Abşeron-Bakı marşrutu üzrə 158 km məsafə qət edəcəklər. Qeyd edək ki, “Tour d’Azerbaidjan-2017” yarışında 18 ölkənin 22 komandası mübarizə aparır.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30