29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

“İslam Oyunlarında hədəfimiz qızıl medaldır”

Azərbaycan millisinin boksçusu Rüfət Hüseynov Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə bağlı fikirlərini açıqlayıb.

Futbolxeber.az saytının məlumatına görə, 49 çəki dərəcəsində rinqə çıxacaq 20 yaşlı idmançı mayın 12-22-də baş tutacaq yarışa hazırlığını dəyərləndirib: “Toplanışın son mərhələsini keçirik. Qəbələdə fiziki məşqlərdən sonra hazırlığı Bakıda davam etdiririk. Son çalışmalar taktiki və texniki hazırlıq üzərində qurulub. Artıq özümün ideal formama yaxınlaşıram. Bir qədər fiziki çatışmazlığım vardı ki, onu da aradan qaldırmışam. Bu, Qəbələdəki məşqlərdən sonra mümkün oldu”.

2014-cü ildə Nankində təşkil olunan Yeniyetmələrin Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Hüseynov İslamiadada da eyni uğuru təkrarlamaq arzusundadır. O bildirib ki, bunu reallaşdırmaqla, öz çəkisində liderliyini də qoruyacaq: “Bizim komandada hamının bir hədəfi var. Mən də onlar kimi qızıl medal arzusundayam. Düzdür, rəqiblərin kimliyi hələ dəqiqləşməyib. Çünki hazırda boks üzrə Asiya çempionatı da keçirilir. Həmin qitənin ölkələri bir komanda ilə Daşkənddə təmsil olunur. Onların digər boksçuları isə İslamiadaya gələcəklər. Ona görə də əsas rəqibimiz hesab olunan Asiya təmsilçilərinin Bakıya hansı heyətlə gələcəyini hələ bilmirik. Rəqiblərin kimliyindən asılı olmayaraq, çalışacam ki, İslam Həmrəyliyi Oyunlarında qalib gəlməklə, bu çəkidə bir nömrə kimi mövqeyimi qoruyum”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31