19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Digər idman növləri

“Tour d’Azerbaidjan-2017”də ikinci mərhələnin qalibləri

Ümummilli Lider Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş “Tour d’Azerbaidjan-2017” beynəlxalq veloturunun 2-ci günü Azərbaycanın "Synergy Baku" kontinental komandası üçün uğurlu nəticə ilə yadda qalıb. Futbolxeber.az-ın məlumatına görə, Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı yarışının 186,5 km-lik Bakı-İsmayıllı mərhələsində Azərbaycanın Elit yığması və "Synergy Baku" kontinental klubunun üzvü Kiril Pozdnyakov hamını qabaqlamaqla qalibiyyət sevinci yaşayıb.
 
Məsafəni 4 saat, 47 dəqiqə, 49 saniyəyə başa vuran velosipedçimiz ən yaxın izləyicisi, Ukraynanın "Kolss" komandasının üzvü Oleksandr Polivodanı 38 saniyə qabaqlamaqla solo-finiş edib. İsrailin "Israel Cycling Academy" komandasının üzvü Dennis van Vinden isə liderdən 42 saniyə geri qalmaqla 3-cü yeri tutub. "Synergy Baku"nun digər üzvləri Yosip Rumaç 14-cü, Elçin Əsədov 32-ci, Samir Cəbrayılov 52-ci, Elgün Əlizadə 54-cü, Ənvər Asanov isə 78-ci olub.
 
Mərhələ qalibiyyəti Kiril Pozdnyakovu həmçinin ümumi təsnifatın liderliyinə də yüksəldib və o mavi rəngli "Synergy" köynəyinə yiyələnib. Bundan başqa, velosipedçimiz aralıq sprintlərində hamıdan çox xal toplamaqla ən yaxşı sprinter üçün nəzərdə tutulan yaşıl rəngli "SOCAR" köynəyinə də sahib çıxıb.
 
Mərhələnin ən yaxşı dağ velosipedçisinə verilən qırmızı rəngli "AZAL" köynəyi Ukraynanın kontinental "Kolss" komandasının üzvü Vitaliy Butsda qalıb. Almaniyanın "Team Sauerland NRW p/b Henley & Partners" klubunun üzvü Feliks İntra isə ən yaxşı gənc velosipedçi kimi bənövşəyi rəngli "ATAHOLDİNG" köynəyi ilə mükafatlandırılıb.
Velosipedçiləri Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov, Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikov və İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıxov təltif edib.
 
"Hər şey çox gözəl idi. Sevinirəm ki, qalib gəldim. Son 20 kilometr daha çətin və maraqlı keçdi. Ümumiyyətlə bu çox vacib mərhələ idi. Ona görə də qalib gəlmək üçün əlimdən gələni etdim. Əvvəlcədən planlaşdırmışdım ki, qrupla birgə hərəkət edim və sona yaxın liderliyi ələ alım. Bundan sonra da taktikamız dəyişməyəcək. Məqsədimiz ümumi yarışda qalib gəlməkdi" - deyən mərhələ qalibi Kiril Pozdnyakov ən çətin dağ mərhələsi hesab olunan 4-cü yarış günündə də özünü daha şanslı hesab etditini vurğulayıb.
 
Mayın 5-də yarışın 3-cü mərhələsi keçiriləcək. Bu dəfə iştirakçılar Qəbələ-Oğuz-Şəki-Oğuz-Qəbələ marşrutu üzrə 177 km məsafə qət edəcəklər. Qeyd edək ki, “Tour d’Azerbaidjan-2017” yarışında 18 ölkənin 22 komandası mübarizə aparır.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30