24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Digər idman növləri

İslam Oyunları: Cüdo millimizin heytəi məlum oldu

Bakıda keşiriləcək İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək cüdo üzrə milli komandamızın heyəti müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, millimiz İslamiadada 9 kişi və 10 qadın cüdoçu ilə təmsil olunacaq.

Kişi cüdoçuların fərdi yarışlarında Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə, (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq) mübarizə aparacaq. Komanda yarışlarında isə Rüfət İsmayılov (81 kq) və Uşanqi Kokauri (+100 kq) digər cüdoçularımızla birgə yarışacaq. Qadınların mübarizəsində Aişə Qurbanlı, Erdenebat Bazarraqça (hər ikisi 48 kq), Nəzakət Əzizova (52 kq), Kifayət Qasımova, Munxtsedev İçinxorlu (hər ikisi 57 kq), Xanım Hüseynova (63 kq) və İrina Kindzerska (+78 kq) tatami üzərinə çıxacaq. Daha üç cüdoçu - Purevsuren Buyanxişiq (52 kq), Gülsədəf Kərimova (63 kq) və Kristina Jukavets (70 kq) qadınların komanda yarışları üçün sifariş olunub.

Qeyd edək ki, cüdo yarışları 13-16 may tarixində Heydər Əliyev adına Bakı İdman Sarayında keçiriləcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30