29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Kiril Pozdnyakov: “Məqsədimiz ümumi yarışda qalib gəlməkdi”

Bu gün “Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turunun ikinci mərhələsinə start verilib. Futbolxeber.az-ın məlumatına görə, cari mərhələdə velosipedçilər Şıxovdan start götürərək 187 kilometr məsafə qət edərək İsmayıllıya çatıblar. Bu mərhələdə finiş xəttini ilk keçən Azərbaycanı təmsil edən “Synergy Baku” komandasının üzvü Kiril Pozdnyakov olub.
 
Mükafatlandırmadan sonra keçirilən mətbuat konfransında Pozdnyakov jurnalistlərin suallarını cavablandırıb:
 
- Hər şey çox gözəl idi. Sevinirəm ki, qalib gəldim. Son 20 kilometr daha çətin və maraqlı keçdi.
 
- Dağ mərhələdindən sonra liderlər qrupundan ayrıldın. Buna necə nail oldun?
- Bu çox vacib mərhələ idi. Ona görə də qalib gəlmək üçün əlimdən gələni etdim. Əvvəlcədən planlaşdırmışdım ki, qrupla birgə hərəkət edim və sona yaxın liderliyi ələ alım.
 
- Liderlik maykasını qoruya biləcəksən?
- Təbii ki, bunu qorumağa çalışacam. Yarışa qələbə üçün qatılmışıq. Əlimizdən gələn hər şeyi edəcəyik.
 
- Mərhələnin qalibi oldun. Bundan sonrakı mərhələlər haqda nə düşünürsən?
- Taktikamız dəyişməyəcək. Məqsədimiz ümumi yarışda qalib gəlməkdi. Taktikamıza sadiq qalacağıq.
 
- Son üç mərhələnin hansına özünü şanslı görürsən?
- Yaxşı nəticə əldə etməyə çalışacam. 4-cü mərhələdə özümü daha şanslı hesab edirəm.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31