28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Sahib Ələkbərov: “Maksim bu dərmanı içdiyini özü də etiraf edib”

Bu gün “Tour d’Azerbaidjan-2017” ilə bağlı mətbuat konfransı keçirilib. Futbolxeber.az-ın məlumatına görə, turun Təşkilat Komitəsinin sədri, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov dopinqə görə cəzalanan Maksim Averinin durumu ilə bağlı fikirlərini açıqlayıb.
 
O, idmançı ilə bağlı apellyasiya şikayəti etməyəcəklərini deyib: “Maksimin yoxluğunun bizə heç bir mənfi təsiri olmayacaq. Onu əvəz edəcək idmançılarımız var. O, keçən il əməliyyat olunmuşdu. Qolu, qabırğaları sınmışdı və bədəninə metallar qoyulmuşdu. İndi həmin metallar çıxarılıb. Amma o həmin vaxt heç bir yarışda iştirak etməyib. Reabilitasiya prosesi keçib. Xeyr, heç bir addım atılmayacaq. Bu barədə məktub ünvanlanıb. Maksim bu dərmanı içdiyini özü də etiraf edib. O bu addımı yarış, qələbə xatirinə içməyib. Yəni burada qərəzli addım olmayıb. Burada əsas həkim, dərman məsələsidir. Bizim federasiya olaraq, belə hallara münasibətimiz pisdi. Belə hadisə olmamalı idi, təəssüf ki, oldu”.  
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31