19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Digər idman növləri

Taekvondoçularımız Afinadakı yarışa 4 medalla yekun vurdu

Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən “DTF Prezident Kuboku” yarışına yekun vurulub. Futbolxeber.az-ın məlumatına görə,  yarışın son iki günü taekvondoçularımız komandamızın aktivinə 1 qızıl, 2 gümüş və 1 bürünc, ümumilikdə 4 medal əlavə edib.
 
Yeniyetmələr arasında -41 kq çəki dərəcəsində yarışa qatılan Ofeliya Allahverdiyeva rəqiblərinə şans verməyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Böyüklərdən ibarət yığma komandamızın üzvü Qaşım Maqömedov (-54 kq) və Radik İsaev (+87 kq) finala vəsiqə qazansalar da həlledici döyüşdən məğlub ayrılaraq gümüş medala layiq görülüblər. Sina Bahrami (-68 kq) isə yarışı yarmfinal mərhələsində başa vurub.
 
Beləliklə, 51 ölkədən 2182 taekvondoçunun iştirak etdiyi sayca ikinci olan G2 kateqoriyalı “DTF Prezident Kuboku” yarışında millimizin idmançıları uğurlu çıxış edərək  2 qızıl, 2 gümüş və 4 bürünc, ümumilikdə 8 medala sahib olublar. Turnirdə mükafatçılar sırasında yer alacaq idmançılar il ərzində keçirilməsi nəzərdə tutulan Avropa birinciliyi və çempionatına öz çəkilərində əlavə lisenziya əldə etmiş olurlar. 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30