24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Digər idman növləri

“Bakı-2017” üçün yeddinci rəsmi dəstəkçi

Bu gün “Azərçay”ın “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının rəsmi dəstəkçisi olacağı elan edilib. Futbolxeber.az-ın məlumatına görə, yarışın rəsmi dəstəkçisi olacaq “Azərçay” Azərbaycanda qida istehsalçısı olan “Azərsun Holdinq”in bir markasıdır.
 
“Azərçay” oyunlar zamanı Atletlər Kəndi də daxil olmaqla, bir sıra məkanlarda güzəştli qiymətlərlə çay təqdim edəcək. İdmançı və rəsmiləri yüksək səviyyəli çay xidməti, həmçinin ənənəvi çay stəkanları, samovar və taxta vitrin qutularla təmin etməklə yanaşı, “Azərçay” Atletlər Kəndində qolf simulyatoru da təşkil edəcək.
 
Rəsmi dəstəkçi olaraq, “Azərsun” Bakı Olimpiya stadionunda 12 may tarixində keçiriləcək açılış mərasimi ərəfəsində mayın 8-dən başlayaraq oyunlar öncəsi idman sessiyaları ilə maraq və coşqu yaradacaq. 
 
Razılaşma barədə danışan “Bakı-2017” Əməliyyat Komitəsinin direktoru, Atletlər kəndinin meri və könüllülərin səfiri Elçin Səfərov deyib: "Azərsun Holdinq” Azərbaycanın aparıcı şirkətlərindən biridir və biz onların “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının rəsmi dəstəkçisi olacağından məmnunuq".
 
"Çay Azərbaycan  xalqının çox sevdiyi ən qədim və əhəmiyyətli mədəniyyət ənənələrindən biridir. “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarını dəstəkləməklə “Azərsun Holdinq” və “Azərçay” ölkəmizə səfər edən bütün idmançılara, rəsmi şəxslərə və tamaşaçılara ölkəmizi dünyada məşhur edən Azərbaycan qonaqpərvərliyi və  mehribanlığı hisslərini yaşadacaq”.
 
“Azərsun Holdinq”in baş icraçı direktoru Savaş Uzan deyib: "Biz, “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının rəsmi dəstəkçisi olmaqdan və Azərbaycanda keçiriləcək mühüm idman tədbirlərinə dəstək verməkdən qürur duyuruq. Əminəm ki, birlikdə biz, böyük nailiyyətlər əldə edəcəyik”.
 
Qeyd edək ki, “BonAqua”, “iTicket”, “Fresco”, “Milla”, “Red Bull” və “Nestle” ilə yanaşı “Azərsun” “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının yeddinci rəsmi dəstəkçisi olub.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30