22 Iyun 2018, Cümə
Maksimov: "Balzan" zəif rəqib deyil"
"Sevilya" "Neftçi"ni gözləyir
"Neftçi"də qalmaq istəyirdim"
Ansi Aqolli: “Rəqibimiz güclüdür”

Digər idman növləri

AÇ-də iştirak edəcək yunan-Roma güləşçilərimizin heyəti açıqlandı

2-7 may tarixdə Serbiyanın Novı Sad şəhərində güləş üzrə Avropa çempionatı keçiriləcək. Futbolxeber.az-ın məlumatına görə, yarışda sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamız mübarizə aparacaq. 
 
Yarışların son iki günündə yunan-Roma güləşçiləri mübarizə aparacaq. 
 
Yunan-Roma güləşi üzrə yığma komandamız Olimpiya Güləş Mərkəzində hazırlıqları davam etdirir. Təlim -məşq toplanışında İraq və Gürcüstandan olan güləşçilər də iştirak edir. 
 
Bu gün keçirilən məşqdən sonra Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərovun iştirakı ilə Avropa çempionatına yollanacaq heyəti elan edilib.  
 
Yığma komandanın böyük məşqçisi Akif Əliyev və məşqçi Nurəddin Rəcəbovun rəhbərliyi altında Taleh Məmmədov (59 kq), Sənan Süleymanov (66 kq), Həsən Əliyev (71 kq), Ruhin Mikayılov (75 kq), Emin Əhmədov (80 kq), Arif Niftullayev (85 kq), Araz Həsənov (98 kq) və Oyan Nəzəriani (130 kq) çempionatda ölkəmizi təmsil edəcək. 
 
Proqrama əsasən, mayın 6-da 59, 66, 98 və 130 kq, son yarış günündə isə 71, 75, 80 və 85 kq çəkidə idmançılar arasında qaliblər müəyyənləşəcək.
 
 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2018
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30





Click to Visit