28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Yığmamız Avropa çempionatına bu heyətlə yollanır

2-7 may tarixdə Serbiyanın Novı Sad şəhərində güləş üzrə Avropa çempionatı keçiriləcək. Futbolxeber.az-ın məlumatına görə, çempionatında sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamız mübarizə aparacaq. 
 
Yarışların ilk günlərində sərbəst və qadın güləşçilər mübarizə aparacaq. 
 
Sərbəst güləş üzrə yığma komandamız Olimpiya Güləş Mərkəzində hazırlıqları davam etdirir. Təlim -məşq toplanışında İtaliya, Dağıstan və Osetiyadan olan güləşçilər də iştirak edir. 
 
İtaliya yığma komandasının üzvü Rio Olimpiadasının bürünc medalçısı, Dünya və Avropa çempionu Frank Çamizo da Avropa çempionatına Bakıda hazırlaşır. 
 
Bu gün keçirilən məşqdən sonra yığma komandanın baş məşqçisi Firdovsi Umudov Avropa çempionatına yollanacaq heyəti elan edib. 
 
Yığma komandanın məşqçiləri Arif Abdullayevin və Sadruddin Ayqubovun rəhbərliyi altında Georgi Edişeraşvili (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Gitinomaqomed Hacıyev (65 kq), Ruslan Dibirhacıyev (70 kq), Murad Süleymanov (74 kq), Aleksandr Qostiyev (86 kq), Aslanbek Alborov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) çempionatda ölkəmizi təmsil edəcək. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31