25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Digər idman növləri

Sergey Karyakin: "Mənim üçün turnir indi başlayır"

Vüqar Həşimovun xatirəsinə həsr olunan və Synergy Group tərəfindən keçirilən ShamkirChess 2017 turnirində V tur başa çatıb.

Futbolxeber.az saytının turnirin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hesabat turunda Bolqarıstan təmsilçisi Veselin Topalov Rusiya şahmatçısı Sergey Karyakinə uduzub.

Qara fiqurlarla oynayan Veselin Topalov həlledici gedişdə səhv etdiyini bildirib: "Debütdən sonra rəqib üstünlük əldə etmədi. Bərabər oyun gedirdi. Amma sonradan səhv etdim. Karyakin bundan istifadə etdi. Artıq oyunu xilas etmək mümkün deyildi. Uduzduğuma görə təəssüf hissi keçirirəm. İstirahət günündə əhvalım o qədər yaxşı olmayacaq".

Topalov sabah istirahət günündə turnir iştirakçılarıyla birgə futbol oynayacağını söyləyib. Futbol oynamaq barədə düşünməyən Sergey Karyakin isə V turda oyunundan razı qaldığını dedi: "Güclü rəqibə qarşı həmişə diqqətli oynayıram. Ona görə partiyaya yaxşı hazırlaşmışdım. Debütdən sonra vəziyyət bərabər idi. Rəqib səhv etdi, amma həmin gediş diqqətimdən yayınmadı. Çox kobud səhv idi. Qələbə qazandığıma görə çox sevinirəm. Mənim üçün turnir indi başlayır".

Qeyd edək ki, sabah Şəmkir turnirində istirahət günüdür.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30