20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

"Qələbə qazanmaq asan deyil”

Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess2017 turnirində V tur geridə qalıb.

Futbolxeber.az saytının məlumatına görə, hesabat turunda Azərbaycan şahmatçısı Teymur Rəcəbov İngiltərə təmsilçisi Maykl Adamsla heç-heçə oynayıb.

Turnirin mətbuat xidməti xəbər verir ki, partiyadan sonra şahmatçılar mətbuat konfransında iştirak edib.

Teymur Rəcəbov ümumilikdə V tur ərzində çıxışını dəyərləndirib: "V turdan sonra hesabımda 2 xal var. Sözsüz daha yaxşı çıxış etmək mümkündür. Fikrimcə, yarışın yekunları barədə danışmaq hazırda tezdir. Qarşıda 4 tur var. Nəticələr barədə sonda danışmaq daha yaxşıdır.  Şəmkirdə keçirilən yarışda mümkün qədər yaxşı oyun nümayiş etdirmək istəyirəm. Bəzən istədiyin alınmır. Bu gün üstünlüyüm yox idi. Ona görə hər iki tərəf heç-heçəyə razılaşdı.

Vüqar Həşimov Memorialında güclü şahmatçılar toplaşıb. Belə heyətlə oyunlarda qələbə qazanmaq asan deyil. İlk turda qara fiqurlarla görüşdə məğlub oldum. Sözsüz ki, məğlubiyyətlə başlayandan sonra özünü toparlamaq çətindir. Bütün turnirlərdə qələbə qazanmaq alınmır. Başa düşürəm ki, məndən yalnız uğur gözləyirlər. Bəhanələri sevmirəm. Təzyiq hiss etmirəm. Şəmkirdə çıxış etmək çox rahatdır. Burada iştirakçılara bütün şərait yaradılıb".

İngiltərə təmsilçisi Maykl Adams həmkarının dedikləriylə razılaşıb. Onun sözlərinə görə, risk etmək fikrində olmayıb: "Qara fiqurlarda uduş görünmürdü. Ona görə risk etmək istəmədim. Bərabər səviyyəli oyun oldu. Rəcəbov təcrübəli şahmatçıdır. Ona görə ona qarşı çox diqqətli oynayırdım".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30