23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Digər idman növləri

Topalov: "So kifayət qədər yaxşı oynadı"

Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2017 turnirində IV turun görüşlərinə yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, hesabat turunda sabiq dünya çempionu Veselin Topalov ağ fiqurlarla Uesli So ilə heç-heçə oynayıb.

Bolqar idmançı nəticədən razı qaldığını bildirib: "Ağ fiqurlarla oynadığıma görə qələbə qazanmaq istəyirdim. Üstünlüyüm çox deyildi. Bununla belə taktikam uğur gətirmədi. So kifayət qədər yaxşı oynadı. Bu mənada mübarizə aparmaq çətinləşdi. Heç-heçə ədalətli nəticə oldu. Ona görə məyus olmuram. Turnir cədvəlində irəliləmək üçün qarşıdakı partiyalarda qələbə qazanmalıyam".

Topalov yarışın keçirildiyi Şəmkir şəhərinin gözəlliyindən danışıb. Onun fikrincə yarışın keçirildiyi məkan özünəməxsus təbiətiylə seçilir: "Gəzməyə o qədər vaxtım olmayıb. Yaşadığım otelin ətrafında gəzirəm. Adətən gün ərzində ən azı bir saat piyada gəzməyi sevirəm. Rahat düşünmək olar. Təşkilatçılara yalnız təşəkkür edə bilərəm. Şəmkirə qədər Azərbaycanda yalnız Bakının gözəlliyini görmüşdüm".

ABŞ təmsilçisi Uesli So IV turda Veselin Topalovun ona qarşı dəqiq oynadığını deyib. Əslən Fillipindən olan şahmatçı sabah cari turnirdə ilk qələbəsini qazanacağına inandığını söyləyib: "Həmişə qələbəyə oynayıram. Amma Şəmkirdə 4 tur ərzində qalib gəlməmişəm. Topalov bu gün çox yaxşı mübarizə apardı. Əslində bir vəziyyətdə üstünlük qazana bilərdim. Təəssüf həmin gediş olmadı".

Turnirin mətbuat xidməti xəbər verir ki, ABŞ şahmatçısı Uesli So Şəmkirə anasıyla gəldiyini sözlərinə əlavə etdi. Əksər yarışlara anası Lotis Keylə yollanan So valideyninin ona dəstək olduğunu söyləyib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30