24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Digər idman növləri

Şəhriyar Məmmədyarov: "Teymura qarşı hazırlaşmamışdım"

Vüqar Həşimovun xatirəsinə həsr olunan və Synergy Group tərəfindən keçirilən ShamkirChess 2017 turnirində Azərbaycan derbisi - Şəhriyar Məmmədyarovla Teymur Rəcəbovun qarşıdurmasında heç-heçə qeydə alınıb.

Futbolxeber.az saytı turnirin mətbuat xidmətinə istinadən xəbər verir ki, oyundan sonra Teymur Rəcəbov jurnalistlərin suallarına cavab verib:

"Şəhriyarla bir-birimizi çox yaxşı tanıyırıq. Ümumiyyətlə komanda yoldaşına qarşı mübarizə aparmaq asan deyil. Bu gün heç-heçə qaçılmaz oldu. Ümumilikdə 4 turu qiymətləndirmək çətindir. İlk turda məğlubiyyəti nəzərə almasaq çıxışımı normal adlandırmaq olar. Daha yaxşı oyun nümayiş etdirmək istəyirəm. Qarşıdakı oyunlara hazırlaşacam. Turnirdə əsas partiyalar irəlidədir".

Yarışın lideri olan Şəhriyar Məmmədyarov həmkarının dediklərini təsdiqləyib. Sumqayıt şahmat məktəbinin yetirməsi etiraf edib ki, Teymur Rəcəbova qarşı partiyaya hazırlaşmayıb:

"Bizim qələbə və ya məğlubiyyətlə nəticələnən partiyalarımız az olmayıb. Dünya Kuboku, eləcə də digər turnirlərdə açıq mübarizə aparmışıq. Rəqiblərə saatlarla hazırlaşıram. Amma Teymura qarşı çox vaxt sərf etmirəm. Bu dəfə Şəmkirdə ümumiyyətlə hazırlaşmadım. Rəcəbov çox güclü şahmatçıdır. Amma ən əsası o mənim komanda yoldaşım, dostumdur. Uzun illər onunla birlikdə Azərbaycan millisinin şərəfini qoruyuruq. Birgə iki dəfə Avropa çempionatının qalibi olmuşuq. Elə yarış olub ki, orada Teymura azarkeşlik etmişəm. Yaxşı münasibətimizin olması sirr deyil. Teymura qarşı oynamaq çətindir. Çünki bir-birimizi yaxşı tanıyırıq. Açıq mübarizə aparmaq həmişə mümkün olmur".

Xatırladaq ki, ShamkirChess 2017 turniri aprelin 30-da yekunlaşacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30