25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

Güləşçilərimizin İslamiada hazırlığı

Güləş üzrə ölkə yığma komandaları təqvim planında nəzərdə tutulan qrafik üzrə qarşıdan gələn Avropa çempionatı və IV İslam Həmrəyliyi Oyunlarına hazırlıqları davam etdirir. Futbolxeber.az-ın məlumatına görə, yunan-Roma və sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandalar məşqlərini Olimpiya Güləş Mərkəzində, qadın güləşçilər isə Ukraynanın Kiyev şəhərində Konça Zaspa təlim-məşq bazasında davam etdirir. 
 
Aprelin 17-dən Ukraynaya yollanan qadın güləşçilərimiz ayın 29-dək bu ölkənin yığma komandası ilə birgə hazırlıqları davam etdirəcək. 
 
Sərbəst və yunan-Roma güləşi komandalarının təlim-məşq toplanışı isə aprelin 17-dən başlayıb və 30-dək davam edəcək. 
 
Məlumat üçün bildirək ki, Avropa çempionatı 2-7 may tarixlərində Serbiyanın Novi Sad şəhərində başa tutacaq. Bakıda təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunlarında güləş yarışları isə 17-21 may tarixlərində Heydər Əliyev adına İdman Arenasında keçiriləcək.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30