20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

Sergey Karyakin Vüqar Həşimovun məzarını ziyarət etdi

Rusiya şahmatçısı Sergey Karyakin Şəmkirdə keçiriləcək Vüqar Həşimov Memorialında iştirak etmək üçün Azərbaycana gəlib. 
 
Futbolxeber.az-ın məlumatına görə, məşhur şahmatçı Vüqar Həşimovun məzarını ziyarət etmək üçün hava limanından birbaşa Fəxri Xiyabana yollanıb. Sergey Karyakin dostu Vüqar Həşimovla bağlı xatirələrini yada salıb, şahmatçımızın heykəli önünə gül dəstələri qoyub. 
 
Qrossmeyster sonra Vüqar Həşimov Şahmat Akademiyasına yollanıb. Orada yeniyetmə şahmatçılarla görüşən Sergey Karyakin uşaqların suallarına cavab verib. Günün ikinci yarısında Rusiya təmsilçisi superturnirdə iştirak etmək üçün Şəmkirə yola düşüb.
 
Qeyd edək ki, “Synergy Group” və Azərbaycan Şahmat Federasiyasının təşkil etdiyi “ShamkirChess-2017” superturnirinin təntənəli açılış mərasimi sabah keçiriləcək. Şəmkirdəki Heydər Əliyev Mərkəzində təşkil olunacaq açılış saat 18-30-da başlayacaq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30