29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Formula-1: Bakı Şəhər Halqasının keçdiyi Niyazi küçəsindəki qəmbər daşlı hissə asfaltlanır

Bu il iyunun 23-25-də təşkil olunacaq Formula-1 Azərbaycan Qran-Prisinin keçiriləcəyi Bakı Şəhər Halqasında asfalt örtüyünün yarışa hazır vəziyyətə gətirilməsi üçün aprelin 15-də trekin Niyazi küçəsindən keçən qəmbər daşlı hissəsinə asfalt örtüyünün çəkilişi işlərinə başlanılıb.
 
Futbolxeber.az-ın məlumatına görə, “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin yarış obyektinin tikintisi üzrə rəhbəri Tom Butçer hazırda qəmbər daşlarının üzərinə qoruyucu təbəqə kimi çınqıl qatının döşəndiyini bildirib. Beynəlxalq Avtomobil Federasiyasının müvafiq standartlarına əsasən, bu hissəyə üçqat asfalt döşənəcəyini vurğulayan T.Butçer qeyd edib: “Burada görülən tikinti işləri əsasən həftə sonu və həftənin ilk günlərində həyata keçiriləcək ki, şəhər sakinlərinin hərəkətinə maneə olmasın. Bu hissədə asfatlanma işlərini yeddi gün ərzində başa çatdırmağı planlaşdırmışdıq. Lakin hava şəraitindən asılı olaraq işlərimizi beş gün ərzində də tamamlaya bilərik. Burada görülən işlər ötən il trekin bütün hissələrində asfalt işlərini həyata keçirən yerli şirkət tərəfindən həyata keçirilir”.
 
Tom Butçer trekin asfalt qatının yarışa hazır vəziyyətə gətirilməsi ilə əlaqədar aparılacaq işlərin üç mərhələdə həyata keçiriləcəyini bildirib: “İlkin mərhələdə trekin 15-ci və 16-cı döngələri arasında yerləşən qəmbər daşlı hissəsinə qoruyucu qat çəkilərək yol hamarlaşdırılacaq. Aprelin 20-dən 23-dək davam edəcək ikinci mərhələdə qəmbər daşlı hissəyə sonuncu asfalt qatı çəkiləcək. Asfalt çəkilişinin sürətlə aparılması üçün 15-23 aprel tarixləri ərzində trekin İstiqlaliyyət küçəsinin Şeyx Şamil küçəsi ilə kəsişməsindən Niyazi küçəsinədək olan hissəsi və həmçinin buradan Azneft dairəsinədək olan hissəsi nəqliyyatın hərəkəti üçün bağlı olacaq. Sonuncu mərhələyə aprelin 23-də start veriləcək. Mayın 1-dək davam edəcək proses çərçivəsində Bakı Şəhər Halqasının bütün asfalt örtüyünə baxış keçiriləcək və ehtiyac olduğu yerlərdə təmir-bərpa işləri aparılaraq trek yarış üçün tam hazır vəziyyətə gətiriləcək”. (AZƏRTAC)
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31