20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Digər idman növləri

“Synergy Baku”nun üzvü Mərakeşdə mərhələ qalibi oldu

Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku" Mərakeşdə təşkil olunan 10 günlük "Tour de Maroc" yarışında uğurlu çıxışını davam etdirir. Futbolxeber.az-ın məlumatına görə, Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.2 kateqoriyalı turunun 7-ci mərhələsi də təmsilçilərimiz üçün kifayət qədər uğurlu alınıb.
 
184,5 km-lik marşrutun lap əvvəlindən irəli atılan Elit yığma komandamızın üzvü Elçin Əsədovun təqib qrupu ilə vaxt fərqi hətta müəyyən zaman kəsiyində 7 dəqiqədən də artıq olub. Bu üstünlüyünü sonadək qoruyan Elçin Mərakeş idmançısı Hatim Kamruçi ilə finişi 4 saat, 57 dəqiqə, 11 saniyəyə keçib və fotofinişə əsasən mərhələnin qalibi olub. "Synergy Baku"nun digər üzvü Yosip Rumaç isə 18 saniyə geri qalmaqla 7-ci mərhələni 3-cü yerdə bitirib. Yeri gəlmişkən, Rumaç ən yaxşı dağ velosipedçisi üçün nəzərdə tutulan "Dağlar Kralı" köynəyini də özündə saxlayır.
 
Bu gün keçiriləcək 8-ci mərhələdə iştirakçılar 148,5 km məsafə qət edəcəklər. Xatırladaq ki, Mərakeş Turunun 1-ci və 4-cü mərhələləri Azərbaycanın Elit yığmasının digər üzvü Kiril Pozdnyakovun qələbəsilə yekunlaşıb və hazırda idmançımız ümumi təsnifatda 3-cü yerdə qərarlaşır.
 
Komandamızın uğurlu çıxışı mayın 12-22-də Bakıda keçiriləcək 4-cü İslam Həmrəyliyi Oyunlarının iştirakçı ölkələrindən olan Mərakeşdə Azərbaycanın daha geniş təbliğ olunmasında böyük əhəmiyyət daşıyır. Bundan başqa, Mərakeş Turu "Synergy Baku" üçün mayın 3-7-də keçiriləcək "Tour d'Azerbaidjan" yarışına hazırlığın əsas hissəsini təşkil edir.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30