16 Aprel 2024, Çərşənbə axşamı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı
XXX turun hakim təyinatları

Digər idman növləri

“Bakı-2017” üçün tərəfdaşların sayı artmaqda davam edir

“Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının başlamasına cəmi bir ay vaxt qalır. Futbolxeber.az-ın məlumatına görə, artıq bir sıra yerli və xarici şirkətlərlə Oyunların Əməliyyat Komitəsi arasında rəsmi tərəfdaşlıq haqqında sazişlər imzalanıb. 
 
Ötən müddət ərzində AZAL, BP, Microplus, SOCAR kimi önəmli və yüksək nüfuza malik şirkətlər İslam Həmrəyliyi Oyunlarının rəsmi tərəfdaşı oldular. Eyni zamanda, Fresco, ITicket.AZ, Milla və RedBull şirkətləri də rəsmi dəstəkçilər arasında yer alırlar. Tezliklə yeni tərəfdaşların da bu sıralara qoşulması planlaşdırılır.
 
SOCAR və BP şirkətləri, Oyunların rəsmi neft və qaz tərəfdaşları olaraq, Azərbaycanda idman potensialının inkişafına dəstək olmaq və gənclərimizin sağlam gələcəyinə töhfə vermək niyyətindədirlər.
Son illərdə Azərbaycanda idmanın inkişafına göstərilən diqqət və qayğı nəticəsində, beynəlxalq idman qurumları tərəfindən ölkəmizdə bir sıra nüfuzlu idman tədbirlərinin keçirilməsinə qərar verildi. Beləliklə UEFA Euro-2020 oyunlarının dörddə bir final görüşü və qrup görüşlərinin Bakıda keçirilməsi planlaşdırılır. 
 
Qeyd edək ki, Bakı şəhəri, eyni zamanda, UEFA Çempionlar Liqası 2019-un final oyununun ev sahibliyini edəcək iki namizəd şəhərdən biridir.  
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30