29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

“Synergy Baku” Mərakeşdə uğurlu çıxışını davam etdirir

Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku" Mərakeşdə təşkil olunan 10 günlük "Tour de Maroc" yarışında uğurlu çıxışını davam etdirir. Futbolxeber.az-ın məlumatına görə, Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.2 kateqoriyalı turunun 4-cü mərhələsi təmsilçilərimiz üçün kifayət qədər uğurlu alınıb.
 
Çətin dağ yolları ilə yadda qalan 191 km-lik marşrutu yığma komandamızın üzvü Kiril Pozdnyakov 5 saat, 28 dəqiqə, 15 saniyəyə başa vurmaqla ən yaxın izləyicisini 13 saniyə qabaqlayıb və 1-ci mərhələdə olduğu kimi, yenidən "solo-finiş" edib. Bundan başqa, velosipedçimiz sprinterlərin mübarizəsində də birinci pilləyə yüksəlib və 5-ci mərhələyə lider köynəyi ilə başlayacaq.
 
"Synergy Baku"nun digər üzvü Yosip Rumaç dağlıq yollarda topladığı xallar hesabına ən yaxşı dağ velosipedçisi üçün nəzərdə tutulan "Dağlar Kralı" köynəyinə yiyələnib. Bütün bunlar komanda üzvlərimizin 4-cü mərhələnin yekununda 3 dəfə fəxri kürsüyə qalxması ilə nəticələnib.
 
Bu gün keçiriləcək 5-ci mərhələdə iştirakçılar 155 km məsafə qət edəcəklər. Qeyd edək ki, Mərakeş Turu komandamız üçün mayın 3-7-də keçiriləcək "Tour d'Azerbaidjan" yarışına hazırlığın əsas hissəsini təşkil edir.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31