Digər idman növləri
İslamiada: “Xəzərdən başlayan su səyahəti”nin Astara mərhələsi başa çatıb
Aprelin 9-da “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin Astara mərhələsi başa çatıb.
Futbolxeber.az-ın məlumatına görə, Astaranın “Xəzərdən başlayan su səyahəti”nə daxil edilməsi heç də təsadüfi deyil. Ümummilli lider Heydər Əliyevin “Azərbaycanın cənub qapısı” adlandırdığı Astara rayonu Lənkəran ovalığında yerləşir. Təbiət Astaradan öz gözəlliyini, nemətlərini əsirgəməyib, bərəkət boğçasını bütünlüklə onun üzünə açıb.
Xəzər dənizinə açılan rayonun şərq hissəsində qara qumlu çimərliklər, qərbində yerləşən meşələr, bulaqlar və nəhayət onun subtropik iqlimi Astaranı bütün ilboyu cəlbedici istirahət məkanına çevirib.
Astaranın Ərçivan qəsəbəsində, Bakı-Astara magistral yolunun yaxınlığında yerləşən "Yanar bulaq" qeyri-adiliyi ilə diqqəti cəlb edir.
“Yanar bulaq” iki elementi - od və suyu özündə birləşdirir. Bulaqdan qaynayan qeyri-adi suyun tərkibində yüksək həcmdə metan var. Bu səbəbdən odu ona yaxınlaşdırdıqda sudan ayrılan qaz məşəl kimi alovlanır. Yerli sakinlər söyləyirlər ki, suyun müalicəvi keyfiyyəti var və buna görə uzaq yerlərdən insanlar bu suyu içməyə gəlirlər.
Astara rayonunun turizm marşrutuna daxil edilən və yerli əhəmiyyətli tarixi abidə kimi qorunan "Yanar bulağ"a təkcə yerli əhali deyil, xarici qonaqlar və turistlər də böyük maraq göstərirlər.
Bakıda Xəzərin sahilindən ölkəmizin müxtəlif istiqamətlərinə başlanan su səyahətinə Astarada “Yanar bulaq”dan start verilib.
Sərbəst güləş üzrə dünya və Avropa çempionatının bürünc mükafatçısı, 2016-cı ildə Bakıda keçirilən “Qızıl Qran-Pri” beynəlxalq turnirinin qalibi, idman ustası Əliabbas Rzazadə, Əməkdar Məşqçi, idman ustası Məhərrəm Ağayev və Astara şəhər 2 nömrəli tam orta məktəbinin şagirdi Mirrahil Ağayev “Yanar bulaq”da Azərbaycanın dəmirçilik ənənəsindən, İslam dünyasında ənənəvi qab dizaynına uyğun döyülmüş misdən hazırlanmış “Bakı-2017”nin gözəl qablarını su ilə doldurub Astara şəhərindəki park-bulvar kompleksində keçiriləcək “su festivalı”na yola düşüblər.
X X X
Həmin gün Astara Olimpiya İdman Kompleksində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına daxil edilmiş “Domestic Grassroots” proqramı çərçivəsində regional idman tədbiri keçirilib.
Tədbirin açılış mərasimində çıxış edən Astara şəhər ərazi icra nümayəndəsi Şahverən Cavadov, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Asif Quliyev və “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin daxili əlaqələr üzrə meneceri, layihə rəhbəri Ülviyyə Əkbərova Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizin ictimai-siyasi və idman həyatında mühüm hadisə olduğunu qeyd edərək gənc idmançılara qələbə sevinci arzulayıblar.
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının təbliği və gənclərin idmana cəlb olunması məqsədilə məktəblilər arasında təşkil olunan müsabiqədə 5 məktəbdən 100 şagird iştirak edib. Məktəblilər idmanın müxtəlif növləri üzrə qüvvələrini sınayıblar.
Qaliblərə Əməliyyat Komitəsi tərəfindən təqdim olunmuş kubok, diplom, məlumat kitabçaları, qalib komandaya isə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə bilet verilib.
X X X
Aprelin 9-da, axşam saatlarında Astara şəhərində, Xəzər dənizi sahilində salınmış park-bulvar kompleksində “su festivalı” keçirilib.
Əvvəlcə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına hazırlıqla bağlı videoçarx nümayiş etdirilib.
Tədbirin aparıcısı qeyd edib ki, bu il mayın 12-dən 22-dək Bakı şəhərində IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. Mötəbər idman tədbirində 57 ölkəni təmsil edən 4 minə yaxın idmançı 20 idman növündə mübarizə aparacaq. “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının səyahəti su ünsürünə həsr olunub. Çünki İslam dinində suya böyük önəm verilir. Eyni zamanda, möhtəşəm idman tədbirinə ev sahibliyi edəcək Bakı şəhəri Xəzər dənizinin sahilində yerləşir. IV İslam Həmrəyliyi Oyunlarının “Xəzərdən başlayan su səyahəti”nə Bakıda start verilib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xəzərdən götürülmüş suyu özləri ilə aparmaq üçün ölkəmizin müxtəlif guşələrindən gəlmiş uşaqlara təqdim edib. Su səyahəti zamanı 3 min kilometrdən çox məsafə qət ediləcək və mayın 12-də Bakıda IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi ilə yekunlaşacaq. Həmin vaxt uşaqlar ölkənin göl və çaylarından, şəlalə və bulaqlarından topladıqları Azərbaycanın saf suları ilə idmançıları salamlayacaqlar.
Festivalda “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının su səyahətinin başlanmasından və bu səyahətin Astara mərhələsindən bəhs edən videoçarxlar nümayiş etdirilib, Xəzər dənizindən götürülmüş suyun Astara şəhərinədək keçdiyi səyahət yoluna nəzər salınıb.
Sonra su səhəngini daşıyan astaralı idmançılar - sərbəst güləş üzrə dünya və Avropa çempionatının bürünc mükafatçısı, 2016-cı ildə Bakıda keçirilən “Qızıl Qran-Pri” beynəlxalq turnirinin qalibi, idman ustası Əliabbas Rzazadə, Əməkdar Məşqçi, idman ustası Məhərrəm Ağayev və Astara şəhər 2 nömrəli tam orta məktəbinin şagirdi Mirrahil Ağayev alqış sədaları altında səhnəyə dəvət olunublar.
Tədbirdə, həmçinin aprelin 5-də Prezident İlham Əliyevin Su mərasiminin başlanğıcında Xəzər dənizinin suyu ilə dolu olan su səhəngini Astara sakinlərinə təhvil verməsi görüntüləri də nümayiş etdirilib.
Mərasim iştirakçıları “Mirvari” rəqs qrupunun, “Əvəsor” folklor kollektivinin və Rövşən Cabbarovun ifalarından zövq alıblar.
“Su festivalı” möhtəşəm lazer şousu və atəşfəşanlıqla başa çatıb.
“Xəzərdən başlayan su səyahəti”nin növbəti dayanacağı Şirvan şəhəri olacaq.(AZƏRTAC)
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- AFFA prezidentliyinə və İcraiyyə Komitəsinə namizədlər açıqlandı
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- AFFA prezidentliyi ilə bağlı son durum - hər şey böhran vəziyyətinə doğru?
- Sərxan Hacıyev: “Monqolustan və Bolqarıstanla oyunlara görə milliyə mükafat veriləcək”
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Bəhlul Mustafazadə: “Millidə bütün futbolçular ikiqat çalışırlar”
-
14:15
Azərbaycan atıcıları Olimpiya Təsnifat Çempionatında çıxış edəcəklər
-
13:46
Andersson azarkeşlərə səsləndi: “Boykot narazılığı ifadə etmək üçün ən yaxşı üsul deyil”
-
13:39
“Bojoviçin komandada qalıb-qalmaması mənim fikrimdən asılı olacaq”
-
13:28
“Neftçi”nin idman direktoru maaşını açıqlamaq istəmədi
-
13:20
Yens Andersson: “Sizə söz verə bilmərəm ki, qruplarda oynayacağıq”
-
12:57
"Qəbələ" Abu Akalla vidalaşdı
-
11:52
“Turan Tovuz”, yoxsa “Sumqayıt”?
-
11:14
XXXI turun hakim təyinatları
-
10:31
Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb
-
10:06
Mükafatlar uğrunda oyunların tarixləri müəyyənləşib
-
09:49
"Aston Villa" penatilərlə mərhələ adladı VİDEO
-
09:28
"Fənərbaxça" Konfrans Liqası ilə vidalaşdı VİDEO
-
09:10
İddiaçılar Turniri: Nicat Abasov yenə də uduzdu
-
19:01
“Turan Tovuz” azarkeşlərə səsləndi: Finala bərabər son 6 oyun! VİDEO
-
18:49
“Dinamo” - “Qusar” matçında 4 qol
-
18:16
I Liqada 22-ci tura yekun vuruldu
-
17:32
“Sumqayıt” “Turan Tovuz”la oyuna hazırdır FOTOLENT
-
16:55
Azərbaycan çempionatında ikinci finalçı müəyyənləşib
-
16:24
Hakimlər “kimə işləyir”? - Araşdırma
-
15:47
U-17 millisinin heyətində dəyişiklik
-
15:33
"Neftçi" Zirə” səfərinə hazırlaşır FOTOLENT
-
15:00
Tovuz stadionu ilk dəfə avrokubok oyununu qəbul edə bilər
-
14:28
Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
-
14:11
Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
-
13:39
Azərbaycan Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan edib
-
13:08
AFFA İntizam Komitəsi iki kluba texniki məğlubiyyət verib
-
12:52
Adi Mehremiçə 4 oyunluq cəza
-
12:46
“Qəbələ”nin meneceri cəzalandırıldı
-
12:40
AFFA 2 klubu cərimələdi
-
12:27
UEFA kursunu uğurla başa vuran qadın məşqçilərə diplomlar təqdim olunub
-
11:54
“Neftçi” ilə oyunda bəxt üzümüzə gülmədi"
-
11:33
U-17 millimiz İnkişaf turnirində iştirak edəcək
-
11:05
Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub
-
10:56
Məhəmməd Muradlı liderliyini davam etdirir
-
10:42
Azərbaycan cüdo millisinin Polşa toplanışı başa çatıb
-
10:29
“Azərreyl”in kapitanı: "Hədəfimiz çempionluqdur"
-
10:18
Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər
-
10:03
"Real" "Mançester Siti"ni mübarizədən kənarlaşdırdı VİDEO
-
09:47
UEFA inspektoru "Turan Tovuz"un stadionuna baxış keçirdi
-
09:30
İddiaçılar Turniri: Nicat Abasov yenə uduzdu
-
18:51
“Paris-2024” Yay Olimpiya Oyunlarının startına 100 gün qalıb
-
18:28
17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
-
18:07
“Xəzri” finalda
-
17:43
"İmişli"nin şikayəti qismən təmin olundu
-
17:18
“Aznur”un kapitanı: “Hədəfimiz final yox, çempionluqdur”
-
16:55
Azərbaycan çempionatında ilk finalçı müəyyənləşib
-
16:39
Azərbaycan boks millisinin Avropa çempionatı üçün heyəti açıqlandı
-
16:06
I Liqada hakim təyinatları açıqlandı
-
15:42
Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
-
13:17
İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək