28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Mərakeş Turunda uğurlu start

Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku" Mərakeşdə təşkil olunan 10 günlük "Tour de Maroc" yarışına uğurla başlayıb.

Futbolxeber.az saytının məlumatına görə, Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.2 kateqoriyalı turunun ilk mərhələsi yığma komandamızın üzvü Kiril Pozdnyakovun qələbəsilə yekunlaşıb.

148,7 km məsafəni hamıdan tez - 3 saat, 31 dəqiqə, 51 saniyəyə başa vuran təmsilçimiz ən yaxın izləyicisini 13 saniyə qabaqlamaqla "solo-finiş" edib. İlk mərhələdəki qalibiyyət Kirili həm də ümumi təsnifatın lideri edib. Bundan başqa, o sprinterlərin mübarizəsində də birinci pilləyə yüksəlib.

İlk mərhələni 20-də başa vuran velosipedçilər arasında "Synergy Baku"nun daha 2 üzvü var - Elçin Əsədov 9-cu, Yosip Rumaç 14-cü olub. Bu gün keçiriləcək 2-ci mərhələdə iştirakçılar 146 km məsafə qət edəcəklər. Qeyd edək ki, Mərakeş Turu komandamız üçün mayın 3-7-də keçiriləcək "Tour d'Azerbaidjan" yarışına hazırlığının əsas hissəsini təşkil edir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31