18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Digər idman növləri

Vüqar Həşimov Memorialıyla bağlı Təşkilat Komitəsinin iclası keçirilib

Azərbaycan Şahmat Federasiyası və “Synergy Group” un təşkilatçılığı ilə 20 aprel - 1 may tarixləri arasında Şəmkir şəhərində üçqat Azərbaycan çempionu, qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq "ShamkirChess 2017" şahmat turniri keçiriləcək.

Futbolxeber.az saytına turnirin mətbuat xidmətindən verilən məlumata görə, yarışla əlaqədar Şəmkirdə Təşkilat Komitəsi üzvlərinin, Azərbaycan Şahmat Federasiyası və “Synergy Group”  rəsmilərinin iştirakı ilə iclas keçirilib. İclasda Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov turnirin yüksək səviyyədə təşkil ilə bağlı aidiyyəti qurumlara müvafiq göstərişlər verib.

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov Şəmkirdə Vüqar Həşimovun xatirəsinə 4-cü dəfə keçiriləcək beynəlxalq şahmat turnirinin ənənə halını aldığını bildirib. F.Həsənov bu turnirlərin yüksək səviyyədə təşkilində rolu olan bütün dövlət qurumlarına öz dərin təşəkkürünü bildirib.

Vüqar Həşimov Memorialının direktoru, Shamkir Chess 2017 Təşkilat Komitəsinin sədri Fərid Hüseynov yarışın yüksək səviyyədə keçiriləcəyinə inandığını söyləyib: "Şəmkir şəhəri artıq bütün şahmatçılar üçün doğma məkana çevrilib. Ardıcıl dördüncü dəfə bu gözəl şəhərdə Vüqar Həşimov Memorialı təşkil olunacaq. Əvvəlki illərdə təşkilatçılara dəstək olduqları üçün dövlət qurumlarına təşəkkür edirəm. İnanıram ki, bu il də ShamkirChess 2017-nin yüksək səviyyədə təşkil olunmasına nail olacayıq".

Təşkilat Komitəsinin üzvləri mərhum şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq turnirin yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi tədbirlərin görüləcəyini bildiriblər.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30