23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Digər idman növləri

Atletlərimiz dünya birinciliyindəki çıxışlarına start verdilər

Tailandın Banqkok şəhərində keçirilən yeniyetmələr arasında 7-ci dünya birinciliyinə start verilib.

Futbolxeber.az saytının məlumatına görə, yüzə yaxın ölkədən 445 atletin (197 qız və 248 oğlan) iştirak edəcəyi birincilikdə Azərbaycan yığması da medallar uğrunda mübarizə aparır. Artıq dünən iki atletimiz körpücük üzərinə çıxıb. 56 kq çəki dərəcəsinin B qrupunda Elməddin Hüseynov və İsmayıl Məmmədov yarışıb.

İsmayıl Məmmədov birdən qaldırma hərəkətində 94 kq-ı başı üzərinə qaldıraraq bu hərəkətdə 3-cü oldu. Təkanla qaldırma hərəkətinə atletimiz 115 kq-ı ram etdi və bu hərəkətdə 11-ci yeri tutdu. Toplam 209 kq (94+115) nəticə göstərən Məmmədov B qrupunda 6-cı olub.

Elməddin Hüseynov isə birdən qaldırma hərəkətində hər üç yanaşmasını uğurlar yerinə yetirərək 94 kq-ı ram etdi və bu hərəkətdə 6-cı yeri tutdu. Atletimiz təkanla qaldırma hərəkətində daha yaxşı çıxış etdi. O, bu hərəkətdə 125 kq-ı qaldıraraq bütün rəqiblərini üstələdi. Toplam 219 kq (94+125) nəticə göstərən Hüseynov B qrupunda ümumi sıralamada da 1-ci yeri tutdu.

Vurğulamaq lazımdır ki, atletlərimizin hər ikisi ötən il Polşanın Novı Tomısl şəhərində keçirilən yeniyetmələrin Avropa birinciliyində çıxış etmişdilər. Həmin yarışda nümayiş etdirdikləri nəticələrlə Tailanda qeyd alınan nəticələrə müsbətə doğru dəyişiklikləri göstərir. Belə ki, İsmayıl Məmmədov Polşadakı toplam 174 kq (81+93) nəticəsini 35 kq, Elməddin Hüseynov isə 194 kq (84+110) nəticəsini 25 kq yaxşılaşdırıb.

Yekunda İsmayıl Məmmədov 56 kq çəki dərəcəsinin ümumi sıralamasında 16-cı, Elməddin Hüseynov isə 8-ci yeri tutdu.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30