20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Digər idman növləri

İslam oyunları: komanda idman növləri üzrə yarışların püşkü atılıb

Aprelin 6-da “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının komanda idman növləri üzrə yarışlarının püşkatma mərasimi keçirilib.

Futbolxeber.az saytının “Azərtac”a istinadən verdiyi məlumata görə, IV İslam Həmrəyliyi Oyunlarında beş komanda idman növü - futbol, voleybol, basketbol 3x3, həndbol və su polosu üzrə yarışlar keçiriləcək. “Bakı-2017”də iştirakçı ölkələrin sayından asılı olaraq, komandalar hər idman növü üzrə yarışlarda fərqli formatlarda mübarizə aparacaqlar. Basketbol 3x3, voleybol, su polosu və qadınlar arasında həndbol üzrə qrupların tərkibi artıq beynəlxalq idman federasiyalarının reytinqlərinə əsasən müəyyən olunub. Buna görə də püşkatma mərasimi futbol və kişilər arasında həndbol yarışları üzrə keçirilib.

Püşkatma mərasimində çıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirib ki, 36 gündən sonra Azərbaycan dörd qitəni təmsil edən 50-dən çox ölkədən idmançıların mübarizə aparacağı IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Bu ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması Azərbaycanın ölkəmizdə əsrlər boyu mövcud olan mədəniyyətlər və dinlər arası dialoqun inkişafına diqqət və qayğısını nümayiş etdirir. Azərbaycan IV İslam Həmrəyliyi Oyunları vasitəsilə yüksək qonaqpərvərliyini, qədim ənənələrə sadiqliyini, zəngin mədəniyyətini dünyaya nümayiş etdirəcək. Bu Oyunlar idman vasitəsilə İslam ölkələri arasında qarşılıqlı əməkdaşlığın və həmrəyliyin inkişafına töhfə verəcək. Oyunların təşkilində könüllülərin rolunu xüsusi vurğulayan nazir onların bilik və bacarıqlarının, təcrübələrinin artırılması istiqamətində Əməliyyat Komitəsi tərəfindən bir sıra proqram və layihələrin həyata keçirildiyini bildirib.

Sonra püşkatma mərasiminə start verilib.

Kişilər arasında həndbol yarışı üzrə püşk Azərbaycan, Əlcəzair, Səudiyyə Ərəbistanı, Pakistan, Türkiyə, Mərakeş, İraq və Əfqanıstan milli komandaları arasında atılıb. Püşkün nəticələrinə əsasən, Azərbaycan milli komandası “A” qrupunda Əlcəzair, Səudiyyə Ərəbistanı və Pakistan milliləri ilə mübarizə aparacaq. “B” qrupunda isə Türkiyə, Mərakeş, İraq və Əfqanıstan komandaları yarışacaqlar.

Həndbol üzrə qadınların mübarizəsində beş komanda – Kamerun, Özbəkistan, Kot d`İvuar, Türkiyə və Azərbaycan yığma komandaları dairəvi sistem üzrə mübarizə aparacaqlar. Qrupda birinci və ikinci yeri tutan komandalar qızıl, üçüncü və dördüncü yerlərdə qərarlaşan millilər isə bürünc medallar uğrunda mübarizəni davam etdirəcəklər.

Basketbol 3x3 üzrə həm qadınların, həm də kişilərin yarışında on komanda iki qrupda mübarizə aparacaq. Qruplarda ilk dörd yeri tutan komandalar dörddəbir finala vəsiqə qazanacaqlar. Qadınların mübarizəsində “A” qrupunda Türkmənistan, Azərbaycan, Əlcəzair, Mali və Əfqanıstan, “B” qrupunda İndoneziya, Türkiyə, Suriya, Fələstin və Pakistan milliləri yarışacaqlar. Kişilərin yarışında Türkiyə, Azərbaycan, Türkmənistan, Səudiyyə Ərəbistanı və Pakistan “A” qrupunda, İndoneziya, Qətər, Kot d`İvuar, Mali, İordaniya yığmaları isə “B” qrupunda yer alıblar.

Voleybol üzrə qadınların yarışında beş komanda - Azərbaycan, Türkiyə, Kamerun, Qırğızıstan və Tacikistan bir qrupda dairəvi sistem üzrə mübarizə aparacaqlar. Qrupda ilk dörd yeri tutan komanda yarımfinalda çıxış edəcək.

Kişilərin yarışında isə on komanda iki qrupda gücünü sınayacaq. Qruplarda ilk iki yeri tutan komandalar yarımfinala yüksələcəklər. “A” qrupunda Azərbaycan, Türkiyə, Türkmənistan, Pakistan və Fələstin, “B” qrupunda İran, Qətər, Əlcəzair, Səudiyyə Ərəbistanı və Mərakeş milliləri yer alıblar.

“Bakı-2017”nin su polosu yarışı kişi idmançılar arasında keçiriləcək. Yarışda beş komanda - İran, Türkiyə, Səudiyyə Ərəbistanı, Azərbaycan və İndoneziya bir qrupda dairəvi sistem üzrə mübarizə aparacaq. Dairəvi sistem üzrə yarışın yekununda qalib və mükafatçılar müəyyən olunacaq.

Xatırladaq ki, IV İslam Həmrəyliyi Oyunları mayın 12-dən 22-dək keçiriləcək. Oyunlarda 57 ölkədən üç mindən çox idmançı çıxış edəcək. “Bakı-2017”nin açılış və bağlanış mərasimləri Bakı Olimpiya Stadionunda təşkil olunacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30