20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

V İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi ölkənin adı müəyyənləşib

V İslam Həmrəyliyi Oyunlarını qəbul edəcək ölkə müəyyənləşib. Futbolxeber.az-ın "Report"a istinadən məlumatına görə, bu barədə qərar Bakıda işə başlayan İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin iclasında verilib.
 
Tədbir iştirakçıları növbəti Oyunların 2021-ci ildə Türkiyənin İstanbul şəhərində təşkilinə qərar veriblər. Bununla əlaqədar ölkənin idman naziri Akif Çağatay Kılıç da Azərbaycana gəlib.
 
Oyunların Türkiyənin hansı şəhərində təşkil olunacağına dair rəsmi açıqlamanın mətbuat konfransında veriləcəyi gözlənilir. Jurnalistlərlə görüşdə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, onun türkiyəli həmkarı Akif Çağatay Kılıç və İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti, Səudiyyə Ərəbistanı şahzadəsi Əbdül Məcid ibn Əbdüləziz Əl Səud qatılacaq.
 
Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 12 - 22 mayda Bakıda təşkil olunacaq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30