25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

İslamiada öncəsi növbəti sınaq

8-9 aprel 2017-ci il tarixdə Bolqarıstanın Ruse şəhərində güləş üzrə böyüklər arasında Dan Kolov və Nikola Petrovun xatirəsinə beynəlxalq turnir keçiriləcək. Futbolxeber.az-ın məlumatına görə, sayca 55-ci dəfə baş tutacaq turnirdə sərbəst, yunan-Roma və qadın güləşçilərdən ibarət yığma komandamızın üzvləri iştirak edəcək. 
 
Qadın güləşçilərin yarışında baş məşqçi Semyon Çterev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Anjela Doroqan (53 kq), İrina Netreba, Nataliya Sinişin (hər ikisi 58 kq) və Elis Manolova (69 kq) mübarizə aparacaq. 
 
Yunan-Roma güləşçiləri yığma komandanın böyük məşqçisi İlqar Abdulovun başçılığı altında yarışa qatılacaq. Heyətdə Taleh Məmmədov, Kərim Cəfərov (hər ikisi 59 kq), Kamran Məmmədov (66 kq), Rəsul Çunayev və Həsən Əliyev (hər ikisi 71 kq) yer alacaq. 
 
Sərbəst güləşçilərin mübarizəsində Mahir Əmiraslanov (57 kq), Məhəmməd Müslümov, Gitinomaqomed Hacıyev (hər ikisi 65 kq), Ruslan Dibirhacıyev (70 kq) və Nurməhəmməd Hacıyev (97 kq) qüvvəsini sınayacaq. Komanda məşqçilər Sadurddin Ayqubov və Əsgərxan Novruzovun başçılığı altında yarışda iştirak edəcək. 
 
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Əbdül Nuriyev təmsil edəcək. 
 
Proqrama əsasən, aprelin 8-də 59, 71, 80, 96 kq-da yunan-Roma, 57, 65, 74, 97 kq-da sərbəst, 48, 55, 60, 69 kq çəkidə qadın güləşçilər yarışacaq. 66, 75, 85, 130 kq yunan-Roma, 61, 70, 86, 125 kq sərbəst və 53, 58, 63, 75 kq çəkidə qadın güləşçilər isə aprelin 9-da mübarizə aparacaq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30