20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Digər idman növləri

Millimizin üzvü Dubayda 1-ci oldu

Qadın milli komandamızın lideri İrina Zaretska (-68 kq) Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində nüfuzlu Karate 1 Premyer Liqasının qalibi olub. 
 
Futbolxeber.az-ın məlumatına görə, o, Dünya Karate Federasiyasının (WKF) mövsümboyu 3-cü mötəbər yarışını da birinci pillədə başa vuraraq reytinqdəki liderliyini möhkəmlətdi. İ.Zaretskanın məğlub etdiyi rəqiblər arasında bu dəfə də son dünya və avropa çempionları var idi. 
 
Milli komandanın favoritlərindən Ayxan Mamayev (-84 kq) bürünc medal uğrunda həlledici qələbəni əldən versə də, təsəlliverici görüşlərdə son dünya çempionatının finalında məğlub olduğu Ryutaro Araqaya (Yaponiya)  4:2 hesabı ilə qalib gələrək revanş aldı.
 
4-cü İslam Həmrəyliyi Oyunlarına hazırlıq baxımından çox əhəmiyyətli olan bu yarışda milli komandamız iştirak etməsə də, turnirə öz hesabına yollanan daha 3 idmançımız mükafatçılar arasına düşə bilmədi. Karateçilərimiz üçün Premyer Liqadan kənarda qalmaqda digər bir mənfi hal isə, idmançılarımızın Tokio Olimpiadasında iştirak etməsi üçün reytinq qazandıran ilk 4 pillədən bu dəfə də uzaq düşmələridir. 
 
Dubay Premyer Liqasında nümayəndə heyətinin rəhbəri, Azərbaycan Milli Karate Federasiyasının prezidenti və WKF texniki komitəsinin üzvü Yaşar Bəşirov, idmançıları mükafatlandıran fəxri qonaqlar arasında oldu. Yarışı idarə edənlərdən 4-cü İslam həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edəcək 3 hakimimizdən beynəlxalq dərəcəli Cahangir Babayevlə Vüqar Kərimov və onlardan başqa federasiyanın vitse-prezidneti Yusif Məmmədov da yer aldı. Yüksək dərəcələrinə görə onlara final görüşlərini də idarə etmək həvalə olunub. 
 
Premyer Liqada 75 ölkədən 701 karateçi iştirak etdi. 1 qızıl medala sahib olan Azərbaycan, mükafat qazana bilən 26 ölkə idmançıları arasında 7-10cu yerləri bölüşdü.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30